Son Milli Qiyamdan 11 ol ötür

 

2006-cı il 22 May Olayları Güney Azərbaycan Türklərinin Milli Azadlıq Hərəkatı tarixinə həm qanlı, həm də öz Milli varlığını müdafə baxımıdına şərəfli bir gün kimi düşüb. May ayının qanlı olaylarının baş verməsi mollakratiya rejiminin başkəndi Tehranda çap olunan “İran” qəzetinin Türklərə təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu Güney Azərbaycan Türklərinə qarşı təzyiqləri ilə əlaqədar olub və son baş verən təhqir millətin tükənən səbr və dözümünün qırılan yeri olub. Azərbaycanın güneyini işğal edən fars şovinistləri,80 ildir durmadan Güney Azərbaycana və bu toprağın gerçək sahibi olan Türk millətinə qarşı sömürgəçilik, təzyiq və assimliasiya siyasəti yurudubdür.

Ancaq farsların Türklərə qarşı yağdırdıqları dözülməz təhqirləri bu dəfə kütləvi olaraq Türklərin şiddətli qəzəbinə səbəb oldu və Güney Azərbaycan Türkləri bununla öz siyasi mövqeyini nümayiş etdirdilər və o gündən bəri Güney Azərbaycan Milli Hərəkatı özünə yeni bir siyasi yol cızıb.  

Uzun illərdən sonra Güney Azərbaycan bir vulkan kimi püskürdü. Təbriz, Urmu, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr, Həmədan, Savə, Zəngan və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyətdə günlərlə davam elədi. İran mollakratiya rejiminin xüsusi cəza və cinayətkar quldur dəstələri əlindəki şiddət və gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazalarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, minlərlə Güney Azərbaycan Türk aydınları həbs olundu və çoxsaylı millətçi məcbur halda ölkəni tərk ediblər. Bir çoxlarının «cinayət işi bu günədək davam etməkdədir».

Artıq 11 ildir ki, Azərbaycan Türkünün Milli haqlarının təmin olunması yolunduakı bu şərəfli mübarizə günləri hər il yad edilir və şəhidlər anılır. Onlar Güney Azərbaycanın bütün şəhərlərində bildirilər yayır, görüşlər keçirir, şəhidlərin məzarı üstə gedir, ailələrini ziyarət edir və küçə və meydanlarda, divarlar üzərində milli şüarlar yazırlar. Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə günlər qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır, onların həyatı barədə məlumat verilir və bu qiyamın təfərrüatı müzakirə edilir.

Buna qarşı olaraq daxildə mollakrat rejim Güney Azərbaycan şəhərlərində güc tədbirini artır və demək olar Gsüney Azərbaycanın bütün şəhərlərində fövqəladə hərbi durum  yaradır. Rejimin xüsusi silahlı cəza dəstəsi olan “Ettelaat” bu günlərdə tanınmış milli fəallara təzyiqləri artırır və onlara təhdidlər və uyarılar verir ki, heç bir fəaliyətə təşəbbüs olunmasın.

Ancaq bu gün 11 il bu olaylardan keçsə də Milli Qurtuluş Hərəkatı Güney Azərbaycanda kütləvi şəkildə güclənib və Türk millətinin Güney Azərbaycanda azadlıq mübarizəsi  rejimin ən böyük sorununa çevirilmişdir. Ona görə də rejim tutuqlamalara ,qondarma məhkəmələrlə millətçilərə təziqləri davam edir.
22 May Qurtuluş Gününün şəhidlərin adları:

Məhəmmədəli Cənnətniya – 65 yaşlı, Sulduz şəhəri,

Behzad Səbuhinejad – işgəncələrlə öldürülüb, Tərbiz şəhəri,

Fərzad Əsədpur – 21 yaş, Urmu şəhəri,

Eyvaz Səyyahi – aksiyada yaralanıb və xəstəxanada dünyasını dəyişib, Urmu şəhəri,

Rza Mirağa Purdərviş – yaralanıb və xəstəxanada dünyasını dəyişib ,Tərbiz şəhəri,

Hümmət İsmzadə – Sulduz şəhəri,  

Novruzi – Sulduz şəhəri,

Tohid Əşrəfi – 12 – 13 yaş arasında yeniyetmə, Sulduz şəəhri,

Həmzə Niyazi – Sulduz şəhəri,

Əlirza Qulipur – Sulduz şəhəri,

Həbib Rəzəvi – Sulduz şəhəri,
Rəzzaqi – Sulduz şəhəri,

İzzəti – Sulduz şəhəri,

Səttar Səlimi – Tələbə, onun meyidi iki ay sonra ETTELAAT məmurları tərəfindən ailəsinə verilib – Tərbiz şəəhri,

Sina Taroq – qətlə yetirildikdən 40 gün sonra ölüm xəbəri yayılıb, Tərbiz şəhəri,

Əkbər Novruzi – 53 yaşlı, işçinin meyiti öldürüldükdən bir neçə gün sonra morqdan tapılıb, Təbriz şəhəri,

Hüseyn Fəthipur – tələbə,Sulduz şəhəri,

Cəlil Abidi – Xiyav (Meşginşəhr) şəhəri,  

Əsgər Qasimi – Sulduz şəhəri,  

Tohid Azəryun – Sulduz şəhəri

Bütün Şəhidlərimizin yeri uçmaq olsun, Tanrı məkanlarını cənnətlik etsin.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

13:05