Səfir: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəyini davam etdirir

 

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz köməyini göstərməkdə davam edir. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

R.Sekuta bildirib ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələni hansı şəkildə davam etdirmək barədə qərarlar qəbul edildi: “Belə qərara gəlindi ki, ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edilsin. Biz münaqişənin sülh yolu ilə həll edilməsi üçün öz köməyimizi göstərməkdə davam edirik”.

Səfir həmçinin, bu yaxınlarda Vaşinqtona səfəri zamanı Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer ilə görüşdüyünü də diqqətə çatdırıb: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesi irəli aparmaq üçün hansı işlər görülməsinin mümkün olması barədə müzakirələr apardıq”.

 

TREND İA

 

11:04