"Həbs edilməyimdən əvvəl mənə tənqidi şerlərimlə bağlı xəbərdarlıqlar edirdilər. Yoxsa, yaxşı olmayacağını deyirdilər. Elə buna görə də şərləyib həbs elədilər".
Azərbaycan Ali Məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənli belə deyib. Ali Məhkəmə narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən satirikin kassasiya şikayətinə baxıb. Açıq keçirilən məhkəmə prosesində Tofiq Həsənli aşağı məhkəmələrin qərarlarını qanunsuz adlandırıb: "Mənim vəkillərimin məhkəmələrdəki xahişlərinin, vəsatətlərinin heç biri təmin edilmədi. İşimi ədalətlə araşdırmadılar. Mən şair adamam, narkotiklə şərlədilər. Narkotiki kimə satmışam, kimdən əldə etmişəm, heç birini tapmadılar. Elə istintaq nə yazmışdısa, məhkəmələr də onu təsdiqlədi".
Həbsinin hansısa məmur, ya da hökumətin işi olduğunu vurğulayan satirik-şair məhkəmə heyətindən barəsindəki itthamların ləğv edilməsini, bəraətedici əsaslarla azadlığa buraxılmasını xahiş edib. T.Həsənlinin vəkillərindən Zibeydə Sadıqova kassasiya şikayətini müdafiə edib. O, satirik barədə hökmün qanunsuz və əsassız olduğunu, ona qarşı irəli sürülən ittihamların heç birinin təsdiqini tapmadığını bildiriərək, T.Həsənli barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ancaq hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib. Vəkil Z.Sadıqova Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. O, KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır. 2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb. T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymaqda davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanılıb.
Satirik şairin kassasiya şikayəti təmin edilməyib

Amerikaninsesi.org
09:16
Digər xəbərlər