Sankt-Peterburqda erməni təxribatına qarşı etiraz aksiyası

Ermənistanın 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz olaraq dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar aksiyalar keçirir.

Son günlərdə Türkiyədə, Almaniyada, Rusiyada, Polşada, ABŞ-da, Gürcüstanda bu qəbildən askiyalar keçirilib.

Növbəti aksiya Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

Erməni işğalına etiraz, Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyada Azərbaycan bayraqları dalğalandırılıb, şüarlar səsləndirilib.

xudaferin.eu

12:25