Sahiblənə bilmədiyimiz TARİXİMİZ — İlhami Cəfərsoy yazır
İlhami Cəfərsoy
Dilçi-alim, filologiya elmləri doktoru İlhami Cəfərsoy 1950-ci ildə 24 iyulda Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olub.
1988-ci ildə «Azərbaycanın türkmənşəli etnohidronimləri» adlı namizədlik, 2010-cu ildə «Türk dilləridə teonim və etnonimlər» (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.
İ.Y.Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiridir.
B O R Ç A L I bəyləri
Borçalı yalnız qədim mahalımızın adı deyildir. Cəsur bir Türk nəslinin adıdır. Borçalı nəsli orta əsr tarixçilərinin əsərlərində Borçalu və Qarapapaq da adlanır.
Onların çoxu Güney Azərbaycanın Sulduz mahalında yaşayırdı. Misir məmlük sultanının kiçik qardaşı Əmir Yaşbəy Hələb şəhərini tutmaq istəyəndə Zülqədər oğlu Şahsuvar Şuşa və Borçalı bəylərindən kömək istəmişdi. Bəylər birləşib Yaşbəyin ordusunu darmadağın etmişdilər. Yaşbəy o adamdır ki, sonralar mollaların fitvası ilə Nəsiminin dərisini soydurmuşdu.
Azərbaycan tarixçilərinin ümumiləşmiş düşüncəsinə görə Borçalı mahal, Şuşa şəhər adıdır. Əslində isə onlar cəsur Türk nəsillərinin adlarıdır. Şuşa nəslindən l Ər Şuşa 3-cü əsrdə, ll Ər Şuşa V əsrdə İveriyada çar olmuşdur. Biz dövlətimiz və millətimiz üçün çox da gərəkli olmayan dissertasiyalar yazıb, qucaq-qucaq diplomlar alırıq. Dərsliklərimizi lazımsız bilgilərlə doldururuq. Belə diplomlardan beş-altısı da mənim çantamda vardır. Ağdam-Xocalı yolu ilə Şuşaya getmək qismət olsa, onları Ağa körpüsündən Qarqar çayına atacağam.
Ş U Ş A — 3 8 0 0
270 illiyini qeyd etdiyimiz Şuşa son Şuşa şəhərimizdir. Ən qədim Şuşa şəhərini əcdadlarımız er.əv.18-ci əsrdə salmışdılar.
Həmin şəhər Elam dövlətinin paytaxtı idi. Er.əv.15-ci əsrdə yunanların Suziana adlandırdıqları Şuşa şəhərində 45 min əhali yaşayırdı. Bu o zaman üçün meqapolis idi.
Şuşa yalnız şəhərin adı deyildir, qədim dünyanın elitar bir nəslinin adıdır. Həmin nəslin çarları bizim Şuşa salınana qədər Avrasiyada 5 Şuşa qalası salmışdılar. Şuşa nəslinin patriarxları Ər Şuşa, xatunları Şuşanik adı daşıyırdılar. I Ər Şuşa bizim eranın III əsrində, II Ər Şuşa V əsrində İveriyanın çarı olmuşdur. II Ər Şuşanın oğlu Bars xan Bərdə şəhərində oturub Albaniyanı idarə edirdi. Gürcülər Bars xanı Varsxen, ermənilər Vazqen adlandırıb özləşdiriblər. Biz öz tariximizi öyrənmək əvəzinə özgələrin özləri üçün yazdıqları saxta tarixləri əzbərləyirik.
L A Ç I N O V — K N Y A Z nəsli
Laçın nəslinin bir hissəsi Volqa çayı boyunda yaşayırdı. Onlar Qızıl Orda dövlətinin hakim nəsillərindən biri idilər. Qızıl Orda süquta uğrayanda iki yerə bölündülər. Bir hissəsi 1618-ci, bir hissəsi 1683-cü ildə Rusiyaya köçdü. Orada xristian dinini qəbul etdilər.
igidlərimizdən birinin adı Qasım idi. Ona görə də onun övladları özlərini Qasımuşağı adlandırırlar. Kərkük alplarının bir hissəsi Laçında qaldı, bir hissəsi Türkiyə ilə Gürcüstanın arasına köçüb orada Qorqud qalasını saldı. Baqration nəslindən çar Vl Vaxtanqın oğlu Vaxuşti yazır ki, Məmmədqulu xan 1724-cü ildə Kurkut qalasının xarabalığından ötərək Tiflis şəhərini tutdu. Həmin qalada bir zaman Koroğlunun əcdadları yaşayırdı. Koroğlu Nigar xanıma xitabən deyir:
Ərvahımız Sarı Laçın,
Fələk qoymur qəddim açım.
Qoy səni götürüm qaçım
Bizim ellərə-ellərə.
Laçının Qorqud övladları Sarı Laçın, Xan Laçın, Cürə Laçın oymaqlarına bölünürdü.
Onlar monqollarla vuruşa-vuruşa üç qola ayrıldılar. Bir qolu Suriyada Xan Laçın qalasını saldı. Bir qolu Kərkükdən Qarabağa, oradan İveriyaya köçdü. Bir qolu Pakistanla Hindistanın arasında yurd saldı.
Böyük şair Əmir Xosrov Dəhləvi Hindistana köçən Cürə Laçın nəslindəndir. Əmir Xosrov yalnız şair deyil, həm də istedadlı bəstəkardır. Onun bəstələdiyi təsnifləri Pakistanın müğənniləri indiyədək oxuyurlar. Biz qayıdışdan sonra Şuşanı yalnız turizm, Laçını yalnız arıçılıq diyarına çevirməli deyilik.
Şuşada Əhməd bəy Ağaoğlunun, Laçında Sultan bəyin heykəlini qoymalıyıq. Müzakirələrdə bəyənilərsə, Şamkənddə Dədəmiz Qorqudun, Əriklidə Əmir Xosrov Dəhləvinin heykəlini ucaltmalıyıq.

Mənbə:fedai.az
Xudaferin.eu
11:09
Digər xəbərlər