Rəsul Rəzəvi sərbəst buraxıldı, Nasir Xülusi isə tutuqlandı

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Rəsul Rəzəvi 13 aylıq tutuqlu saxlanıldıqdan sonra, rbiz zindanından sərbəst buraxılarkən, başqa bir milli fəal Nasir Xülusinin Urmu şəhərində keçirilən məhkəməsində ona 6 il müddətinə həbs cəzası verilmişdir.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Nasir Xülusi bu ilin fevral ayında tutuqlanaraq, İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi kimi tanınan “Sepah Pasdaran”a məxsus həbsxanada 3 həftədən artıq sorğu-sual edildikdən sonra 500 milyon tümənlik (155 min dollar) zəmanət qarşılığında müvvəqəti azadlığa buraxılmışdı.  Nasir Xülusiyə qarşı qaldırılan iddidada qeyd olunurdu ki, guya mollakrat rejiminin devrilməsi üçün ölkənin “milli təhlükəsizliyini pozmaq” və “rejimə qarşı təbliğat” aparmaq kimi fəaliyyətlərdə bulunubdur. Elə bu ittihamla da o, mühakimə olunmuşdur.

Rəsul Rəzəvinin məhkum olduğu 13 aylıq həbs müddətini tamamladıqdan sonra Təbriz Mərkəzi Zindanından azadlığa buraxılmışdıt. Rəsul Rəzəvi dəfələrlə müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri, Urmu Gölü ilə bağlı aksiyalar və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman mollakratiya rejimi tərəfindən nəzarət altına alınmış və məhkəmədə həbs hökmü ilə qarşılaşmışdır. Bununla yanaşı, 2015 il noyabr ayında Tehran rejiminin dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında Güney Azərbaycan Türklərin aşağılanması məsələsinin ardından baş qaldıran kütləvi etirazlar zamanı və daha sonra bir çox milli fəallar Güney Azərbaycanının müxtəlif şəhərlərində nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edildilər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:18