Ərdəbildə divara şüar yazan milli fəal tutuqlandı

 

Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara müxtəlif milli şüarlar yazan Güney Azərbaycan Milli Hərəkatının fəal gənclərindən Mehdi Dustar mollakratiya rejiminin  təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
 

Mehdi Dustdar Tehran rejiminin xüsusi cəza dəstəsi tərəfindən tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıbdır. Milli fəalın ailə üzvləri bir çox rəsmi orqana müraciət etsələr də, onun harada saxlandığı barədə məlumat ala bilməyiblər.

Qeyd edək ki, Ərdəbil küçələrinə yazılan şüarlarda əsasən Güney Azərbaycan Milli Hərəkatının tutuqlu olan siyasi məhbusların vəziyyəti, Urmu gölü böhranı və ana dilində təhsillə bağlı olub. Mollakratiya rejimi belə bir prosesin daha da böyüyəcəyindən daim qorxduğu üçün, Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı daha amansız və qəddar münasibət sərgiləmkədə davam edir.

Qeyd edək ki, mollakratiya rejimi tərəfindən daim türklər, azərbaycanlılar əleyhində təhqir dolu şüarlar yazılsa da, bununla bağlı tədbirlər görülmür. Hər il aprel ayının 24-də “Türklərə ölüm”, “Rədd olsun türk faşizmi” və sair şürarlarla çıxış edən İsfəhan, Tehran, Yəzd, Şiraz və digər fars şəhərlərində ermənilərə qarşı hər hansı bir sərt tədbirlər görülmür.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu” 

 

09:51