Quzey İraqda kürdlər arasında “xəyanət” qarşıdurması

 

İKBY-nin Duhok vilayətinin Zaho rayonunda yerləşən və keçmiş baş nazir Cəlal Təlabaninin partiyası kimi tanınan KYB və müxalifətçi “Qoran” Hərəkatının binaları yandırılıb. Hər iki kürd təşkilatı arasında çox kəskin qarşıdurmalar yaranıbdır.
 

Quzey İraqdakı qondama “Kürd Regional Rəhbərliyi”nin (IKBY) Duhok vilayətinin Zaho rayonunda “Kürdüstan Vətənpərvərlər Birliyi” (KYB) və müxalifətçi “Qoran” (Dəyişiklik) Hərəkatının partiya binalarının yandırılıb və gülləbatan edilibdir.

İKYB-nin Zaho üzrə səlahiyyətlisi Amır Dehleki öz partiyasının televiziyasına verdiyi açıqlamada bir qrup nümayişçinin əvvəl partiya binası qarşısında mitinq keçirdiyini, sonra hücuma keçdiklərini ifadə edib. Dehleki hücumda hər hansı bir can tələfatının baş vermədiyini, ancaq partiya binası və içərisində yer alan radionun yandırıldığını qeyd edib. IKBY-də müxalifətçi Qoran (Dəyişiklik) Hərəkatının Twitter hesabından edilən açıqlamada isə Goranın Zahodaki partiya mərkəzinin atəşə verildiyi bildirilir. İKBY Təhlükəsizlik Agentliyi başda Ərbil olmaqla, Duhokun Zaho rayonunda meydana gələn provokatif aksiyalardan sonra yayımladığı açıqlamada bütün şəhər və rayonlardakı vətəndaşlardan sakit olmalarını, bölgədə fitnə çıxarmaq və təxribat törətmək istəyənlərə əngəl olunmaları tələb olunub. Açıqlamada təhlükəsizlik qüvvələrindən fitnəkar aksiyaların qarşısını almaq üçün hazır olmalarının tələb edildiyi də qeyd edilib.

Qeyd edək ki, terrobaşı Mustafa Bərzani özü tərəfindən elan etdiyi vəzifə müddətinin bitməsi ilə bağlı verdiyi açıqlamada, 16 oktyabr gecəsi Tələbaninin rəhbərlik etdiyi KYB-li peşmərgələrin Kərkükün cənubundan ani bir şəkildə çəkilməsini və şəhərin təslim edilməsini "böyük bir xəyanət" kimi səciyyələndirmişdi. Bu açıqlamadan sonra KYB və Qoran partiya binalarının yandırılması ilə dərhal Bərzani tərəfdarları şübhə altına girdi ki, bu də gələcəkdə kürdlər arasında iç savaşa qədər inkişaf edə bilər. Bu prosesin daha da dərinləşəcəyinə kimsənin şübhəsi yoxdur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:52