QREKO AŞPA deputatlarının davranış qaydalarında böyük nöqsanlar müəyyən edib

 

Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (QREKO) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinin Davranış Məcəlləsinin qiymətləndirilməsini dərc edib. Qiymətləndirmədə Məcəllədə böyük nöqsanlar olduğu qeyd edilir və bir sıra düzəlişlər edilməsi zərurəti göstərilir.

QREKO sədri Marin Mrçela Assambleyanın qarşılaşdığı korrupsiya haqqında bəyanatlara cavab olarq atdığı addımları alqışlayıb.
"Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə bizdən başlayır. Əminəm ki, Parlament Assambleyası düzgünlüyün təmin edilməsi üzrə tədbirlərə yenidən baxılması və onların möhkəmləndirilməsi zamanı QREKO-nun fikrini diqqətə alacaq", o bildirib.

QREKO bu qiymətləndirməni AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər üzrə komitəsinin xahişi ilə hazırlayıb. Bu tədbirlərə xüsusən bir sıra hökumətlərin, o cümlədən Azərbaycanın AŞPA deputatlarını öz tərəfinə çəkməsi haqqında qalmaqallar və Avropa Şurasının fikrinə məhəl qoymadan, faktiki olaraq Bəşir Əsəd rejimini dəstəkləyən AŞPA sədri Pedro Aqramuntun əməlləri səbəb olub.

amerikaninsesi.org

 

06:50