Qəddar Tehran rejimi: “Son bir ildə Urmu gölünün süyü 20 cm daha azalıb”

 

“Urmu gölü keçən illə müqayisədə 32% daha azalaraq suyun həcmi 20 santimetr aşağı düşüb”. Bu barədə Tehran mollakratiya rejiminin su və enerji bakan yardımçısı Rəhim Meydani bildirib.
 

İfrat fars soşivinizmi siyasətinin önündə duran və bu ölkənin üzdə “demokrat” prezidenti sayılan Həsən Ruhani iqtidarının bakan yardımçısı olan Rəhinm Meydani hökümətin “İsna”  xəbər agentinə verdiyi açıqlamada onu da bildirib ki: “Ötən ildən bu günə kimi Urmu gölündə suyun tutumu 1271.04 metrdən 1270.84-ə düşübdür və suyun həcmi 2.73×109 m³ dən ( -2.73 milyard kub metr) 2.23 x109 m³ (milyard kub metr) qədər azalıb”.
Qeyd edək ki, beş il öncə Tehran rejiminin prezidenti seçilmək üçün mollakratların saxtakar islahatçı lideri Güney Azərbaycan Türklərinə boşboğazlıq edərək bildirmişdi ki: “Prezident seçiləcəyi təqdirdə, Urmu Gölünün qurudulmasının və gölün çevrəsində yaranmış ekoloji problemlərin həll edilməsinə çalışacaqdır”. Ancaq, aradan 6 il ötsə də Urmu Gölünün xilası üçün bir qəpik də olsun para ayrılmamışdır. Gölün su tutarı daha da azalmaqda davam edir. Bununla da dünyanın ən duzlu gölü hesab olunan Urmu Gölü hövzəsindəki duz tozlarının küləklə birlikdə bölgənin bütün ormanların, tarlaların və meyvə bağlarının tamamilə qurumasına gətirib çıxaracaqdır. Bununla da Urmu vilayətindən əhalinin kütləvi şəkildə miqrasiyasına səbəb olacaqdır. Güney Azərbaycan Milli Hərəkatının Tehran rejimi ilə apardığı davanın da gerçək səbəbi bundan ibarətdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu” 

09:24