Tofiq Yaqublu Qarabağın insan üzüdür! Mənim təsəvvürümdə artıq belədir. Özü də tək ona görə yox ki, T.Yaqublu Qarabağda vuruşub, qanını axıdıb.
Həm də tale oxşarlıqları var. Biri həbsdə, o biri işğalda.
Səbəbsə eynidir: haqsızlıq, zor, yalan.
Adama elə gəlir ki, susmayıb T.Yaqublunun azadlığına nail olsaq, durmayıb Qarabağı da xilas edəcəyik.
Bunun üçün çox şey lazım deyil, hərənin bir qarışqa yükü boyda payı yetər. Deyərsiniz qarışqa özündən böyük yük götürür. Demirəm özümüzdən böyük yük götürək, elə qarışqa yükü boydası da bəsdir. Təki götürək.
Baxın, tanımadığım biri onun bir fotosundan sarı fon üstündə qara siluet portretini düzəldib. Bu suyu ”Guerrillero Heroico”ya oxşayır. Məşhur inqilabçı Çe Gevaranın sonralar əzəmətli art-posterə çevrilən fotosunu deyiləm.
Mən də bu portretə öz əlavəmi elədim – ”Tofiq Yaqubluya azadlıq” və ”Freedom for Tofig Yaqublu” sözlərini yazdım. Kiminsə qarışqa yükünə öz qarışqa yükümü qoşdum.
Bu, haqq söz üstə haqsız tutulan bir ictimai-siyasi xadimin azad olunması yolunda mənim bir qarışqa yükü boyda işim oldu. Bir damla da məndən olsun, dedim!
10 milyonluq toplumun heç bir milyon demirəm, yüzcə mini haqsızlıq olmasın deyə bir qarışqa yükü boyda pay versə, ölkədə HAQQIN çəkisi 100 min qarışqa yükü boyda olacaq.
Bu ağır yükə heç bir məhkəmə qərarı tab gətirməz!
100 min haqsızlığa susmayanın gücü bu Tofiq Yaqublunu da, o biri Tofiq Yaqubluları da həbsdən azad etməyə çatar.
Şərlənib tutulan insanını azad etməyi bacaran toplum heç vaxt Qarabağın işğalda qalmasına dözməz!
Haqqsızlığa susmayanların torpağını heç bir ölkə zəbt edə bilməz!
Tofiq Yaqubludan başlayaq!
Onun azad olunmasına bir qarışqa yükü boyda payımızı verməkdən başlayaq.
Qarışqa yükü boyda

Vahid Qazi
Xudaferin.eu
11:09