Ağdam aeroportunda iynə atsan yerə düşməzdi. Evlərinə qayıtmaq istəyənlər Şuşaya, Qarabağın başqa qəsəbə və kəndlərinə gedən döyüşçülərə qarışmışdılar. Vertolyotlar yardıma ən çox ehtiyacı olan kəndlərə uçurdular. İlk növbədə hərbçilər yola salınırdı.
Bir-iki günə vəziyyətin ağırlaşacağı xəbəri öz işini görmüşdü, adamlar təlaş içindəydilər. Rus hərbçiləri hərbi texnikaları ilə birlikdə ermənilər yaşayan məntəqələrə çəkilmişdi. Hər cür hadisə gözləmək olardı. Uzaqdan top, raket səsləri ara vermirdi. Qaradağlı kəndinə uçmaq daha təhlükəli idi. Erməni güllələri hər an vertolyotlara dəyə bilərdi. Malıbəylidən gələn vertolyotun pərindən vurulması uçuş qorxusunu birə beş artırmışdı. Odur ki, artıq Malıbəyliyə uçuş dayandırılmışdı.
Axşama yaxın vertolyotla altı yaralı gətirdilər. Danışmağa heyini hələ itirməyən Mütəllim Əhmədovdan bunları öyrəndim: “Kərkicahanda vəziyyət çox ağırdı. Dörd tərəfdən hər cür silahla bizə atəş açırlar. Dekabrın 14-də kəşfiyyata getmişdik. Mühasirəyə düşdük. Atışma xeyli çəkdi. 4 erməni öldürdük. Özümüz də yaralandıq. Bizi atası, anası erməni olan “metis”lər satır. Belələrini öldürmək lazımdı. Özü də bu, birinci dəfə deyil. Onlar hər yerdə casusluq edirlər ermənilərə, lap Bakının özündə də… Son günlər 70-ə yaxın “boyevik” öldürmüşük, amma elə bir ucdan gəlirlər”.
Ertəsi gün Şuşaya uça bildim. Qarabağın çölləri, dağları qarla örtülmüşdü. Alnımı vertolyotun illüminatoruna dirəyib aşağı baxırdım. Bu yüksəklikdən hər yan ovuc içi kimi görünürdü. Aşağıdakı torpaqlar oğlundan imdad diləyən əsir anaya bənzəyirdi. Ürəyim ət parçası yox, sanki bir topa laxta qan yığını idi.
Şuşa – qarlı dağlar arasında tənha, paytaxtından aralı qərib şəhər. Son üç ildə qayalarının üzü bir qat da qırışıb, rəngi bir çalar da qaralıb. Səni heç belə hüznlü, biganə görməmişdim, Şuşam mənim!
İlk getdiyimiz yer milis şöbəsi oldu. Əsgərlik dostum Əli Əliyev ezamiyyə vərəqinə möhür vurdurmalı idi. Əli Xüsusi Təyinatlı Milis Dəstəsində vuruşurdu. Bu səfərdə məni tək qoymamaq üçün icazə almışdı. Milis şöbəsində öyrəndik ki, iki gündür Şuşaya qaz gəlmir. Dekabrda Şuşada qazsız qalmaq zülm işdi. Bir də bu gecə güclü hücum gözlənilirdi. Şər qarışırdı. Komendant saatına düşməmək üçün şöbədən çıxıb gecələməyə Əlinin tanışıgilə getdik.
Qədirin evi buz kimi idi. İki körpə balası məni, çiyni avtomatlı Əlini görəndə sevindiklərindən atılıb düşürdülər. Uşaqların səsi evi başına götürmüşdü. Bayırda isə sakitlik idi.
Axşam yeməyindən sonra beş yaşlı Zamit Əlini sorğu-suala tutdu: “Əmi, heç erməni öldürmüsən? Onlar top atanda sən də “padvala” düşəssən? Mən heç ermənidən qorxmuram. Atam deyir ki, ermənilər qorxaq olur, eləmi? Sənin avtomatın məndə olsa, gedib Vazgeni öldürərəm!”
Beş yaşlı uşağın yaşantılarını dinc dövrün bəlkə də əlli beş yaşlısının illərinə paylamaq olardı. Amma bu uşaq yaşadığı günlərin, saatların fərqində deyildi, qürurlu idi, hələ qürurun nə olduğunu bilməsə belə. O sevinirdi. Sevinirdi ki, əli avtomatlı bir oğlan gəlib onlara. O inanırdı ki, bu oğlan onları qoruya bilər.
Bayırda sakitlik idi. Televizorda Məmməd Arazla görüşü göstərirdilər.
Ev sahibi Şuşanın son günlərdəki vəziyyətini dərdli-dərdli danışırdı. O deyirdi ki, məktəblər bağlanıb, uşaq bağçasına heç kəs uşaq qoymur, ermənilər qaz kəmərini partladıb, gecələr sübhədək top atırlar, hamı öz evinin zirzəmisində gecələyir.
Bir azdan doğrudan da top, raket və avtomat səsləri gecənin sükutunu pozdu. Əvvəl bu səslər tək-tək gəlirdi. Sonra get-gedə artmağa başladı və partlayış səslərinin hesabı itdi. Evin zirzəmisində balaca Zamit atasına qısınıb bir az sonra yuxuya getdi.
Artıq neçə gecə idi ki, Şuşa camaatı zirzəmilərdə gecələyirdi. Mərmi partlayışlarından qorunmaq üçün zirzəmidən təhlükəsiz yer yoxuydu. Gecələdiyimiz zirzəmi sallaqxana soyuducusundan da betər idi. Bayırda isə atışma ara vermirdi. Bizimkilərin atəşi yaxından açıldığı üçün ermənilərinkilərdən seçilirdi. Sən demə, güllənin də yadı, doğması olarmış. Doğma güllə! Bağrına basılası, öpüb göz üstünə qoyulası güllə! Doğma güllələrin gətirdiyi sevinci yaşadım o gecə, yad güllələrin qorxunc sədaları ilə birlikdə.
Öyrəşəndə mərmi səsi zirzəmidə adamı qorxutmur. Adama qorxu bu səs kəsiləndə gəlir. Sakitlikdə çöldə nə baş verdiyini bilmirsən – bəlkə elə düşmən şəhərə dolub?.. Özümü nə qədər tox tutsam da, yəqin üzümdəki təlaşı görübmüş, ona görə Əli ovuclarını bir-birinə sürtüb ev yiyəsinə “İçməyə nəyin var?” dedi.
Həmin gecə ev yiyəsinin zirzəmidə açdığı süfrə, süfrədəki gözdən alov çıxaran tut arağı, palıd boçkasında qoyulmuş kələm şorabası dadımıza çatdı.
Səhərə yaxın güllə səsləri yavaş-yavaş azaldı. Biz zirzəmidən çıxanda atışma səsi xeyli uzaqdan gəlirdi. Şəhərdə adamlar üçbir, beşbir yığılıb axşamkı atışmaların nəticələrini saf-çürük edir, bizimkilərin əks cavablarından danışırdılar. Bir neçə ev dağılmışdı. Ölən, yaralanan yox idi, amma hamının üzündən nigarançılıq, təlaş süzülürdü.
Keçmiş raykom binasında əli avtomatlı əsgərlər bizi içəri buraxmadılar. Şəhərin rəhbəri Mikayıl Gözəlov qətlə yetiriləndən sonra ciddi rejimə keçmişdilər. Çox gecikmişdilər. Şuşa camaatı Mikayıl Gözəlovdan sonra sınmış kimi görünürdü, “Şuşalıların kisəsindən getdi” deyirdilər. Danışırdılar ki, onu öldürən tutulub. Amma mən xalqına sahib durmaq istəyən başqa adamların müəmmalı qətlləri kimi, bu ölüm işinin də açılacağına inanmıram. Çünki bu sirli qətllər hadisələri idarə edən naməlum əllərlə törədilib. Elə bu naməlum əllər da neçə-neçə qatı erməni cinayətkarını aç-burax edib və etməkdədi.
…Cıdır düzünə çıxan yolun üstündə bir dəstə adam vertolyot gözləyirdi. Amma vertolyotun gələcəyinə ümid çox az idi. Cıdır düzü erməni güllələrini öz qoynuna sıxıb Şuşaya getməsinə imkan vermirdi. Burada atlar əvəzinə güllələr yarışa çıxmışdılar. Vertolyot belə yerə düşə bilməzdi. Ağdama qayıtmaq üçün yeganə əlac Laçın yoluyla getmək idi.
“Zastav” deyilən yer Şuşanın çıxacağında, Laçın yolunun üstündədi. Neçə il 1 may bayramında atam bizi Şuşaya gətirər, hər dəfə də “Zastav” pavilyonunda qonaqlıq verərdi. İndi buralar tamam dəyişib. Laçına gedəcək maşını gözləyirdik. Daşaltı kəndi tərəfdə döyüş gedirdi. Döyüşə gedən əsgərlərdən eşitdik ki, atışma gecədən davam edir. Əməliyyatın bu qədər uzanmasına səbəb o imiş ki, bizimkilərin əməliyyat planından ermənilərin əvvəlcədən xəbəri olubmuş. Satqınlıq söhbəti burda da aktual idi. Əsgərlər deyirdilər ki, qarışıq ailələrdən olanlar şəhərdən çıxarılmasa satqınlıq bitməyəcək.
Nəhayət, Laçına maşın düşdü. Şuşadan aralandıqca atəş səsləri azalırdı. Sürücü jurnalist olduğumu və bu yerlərə gəlməkdə məqsədimi biləndə gördüyü, eşitdiyi hadisələrdən həvəslə danışırdı.
Maşın dağların arasıyla ilan kimi uzanan dar və sürüşkən yollarla gedirdi. Zarıslı kəndi arxada qalmışdı. Sürücü Məhərrəm dörd ildə bu yollarda baş verən hadisələrin yerini göstərir və ətraflı məlumat verirdi: “Bax, bu körpünü görürsən, rəhmətlik Salatını burda öldürüblər. Odey, o da Qaladərəsi. Ermənilərin sursat anbarı bu dərədəydi. O tərəfdə isə Kirov kəndidi”.
Yolun sağındakı təpədə Salatınkənd yerləşir. Orada əvvəllər ermənilər yaşayırdı. İndi bu kənddə azərbaycanlılar məskunlaşıb. Yoxsa Şuşa camaatının gediş-gəlişi müşkülə dönmüşdü.
“Bax, bu yerdə Laçın xalq cəbhəsinin üzvü Rza Sadıqov öldürülüb. Allah rəhmət eləsin, cəngavər oğlanıydı” deyə sürücü nəhəng bir qayanı göstərdi. O danışırdı ki, Qaladərəsi boşaldılandan sonra əvvəllər burada yaşamış ermənilər rus hərbçiləri ilə gəlib evlərin tavanlarında, zirzəmilərində gizlətdikləri yüzdən çox avtomat, pulemyot aparıblar. Bizimkilərin isə elə bu kənddən tapdıqları silahı hərbçilərə təhvil vermələrini də yanıqlı-yanıqlı o söylədi.
Laçında maşından düşəndə günortadan xeyli keçmişdi. Laçınlı dostumuz İlhamın köməyilə maşın tapıb küllü Qarabağın başına dolanan yola çıxdıq.
Dağların səmaya açılan qoynunda az qala göylərə yerləşməyən şəhəri balaca zirzəmiyə sığan görmək nə qədər kədərliydisə, elə o qədər kədər dolu duyğularla yarım saatlıq Şuşa yolunu bir günə qayıtdım. Ağdama çatanda gecədən xeyli keçmişdi, hər yan qaranlıq idi, ürəyimə çökmüş qaranlıq kimi.
Zirzəmidə gecələyən şəhər

Vahid Qazıyev
“Ədalət” qəzeti, 24 dekabr 1991
12:21