Polşalı nazir Amerika əsgərlərinə: “Biz onillərdi sizi gözləyirik” dedi

Polşanın baş naziri Beata Shidlo və ölkənin yüksək vəzifəli şəxsləri yanvarın 14-də ölkəyə gələn amerikalı əsgərləri salamlayıblar. ABŞ hərbçiləri NATO-nun Rusiyanın regionda fəaliyyəti fonunda Şərqi Avropa ölkələrində təhlükəsziliyi gücləndirmək planına uyğun olaraq Polşaya gəliblər. ABŞ əsgərlərinin qarşılanma mərasimi Almaniya ilə sərhəddin yaxınlığında yerləşən Jaqan şəhərində baş tutub. Polşanın baş naziri deyib ki, ölkə təhlükəsizliyinin gücləndirilməsi yolunda böyük addım atıb.

Polşanın müdafiə naziri Antoniy Macerevic amerikalı hərbçiləri bu sözlərlə qarşılayıb: “Biz sizi onillərdigözləyirik”. NATO-nun razılaşdırılmış planına görə, Polşada 3.5 min əsgər, minə yaxın “Abrams” tankı, piyada döyüş maşını “Bradley”, “Howitz” artilleriya qurğusu yerləşdiriləcək.
Qeyd edək ki, son aylarda NATO qoşunlarının Rusiya sınırları çevrəsində cəmləşməsi xəbərləri demək olar ki, bütün dünya mətbuatının gündəmində olub. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, rəsmi Vaşinqton ilk rəsmi addımlarını ataraq, bu xəbəri doğrultmuşdur. Siyasi analitiklərin fikrincə, Rusiyanın Ukraynanın Krım, Donbas, Donetsk, Vitebsk bölgələrini işğal edərək, həmin ərazilərdə süni separatizmə dayanıqlı hökumətləri yaratması siyasəti artıq presedentə çevrilmək qorxusunu yaradıb. Ona görə ki, artıq Litva, Latviya, Estoniya, Moldova və Belorusun da belə bir aqibətlə üzləşəcəyi faktı heç də danılmaz bir gerçəklikdir. NATO ən azından Avropa Birliyinin və onun üzvü olan ölkələrin təhlükəsizliyini qorumaq üçün belə bir zəruri addımı atmaq zorunda qalıb.

Xudaferin.eu
Polonya, “Varşava Bürosu” 

15:29