PKK/PYD-nin Rakkadan Afrinə yolu kəsildi

 

Suriyada İŞID-ın ardınca kürd terror qruplaşmalarının da sonu çatdı
 

ABŞ-ın dəstəyi ilə Rakkanı ələ keçirən PKK/PYD-nin mühasirəyə alınan Afrin bölgəsinə terrorçuların transfer edilməsi niyyəti Türkiyə Silahlı Qüvvələrinin (TSK) son həmləsi ilə boşa çıxdı. TSK-nın İdlib və Azezde yerləşməsi tamamlandı.

Terror təşkilatı PYD-nin terrorbaşı Abdulla Öcalanın şəkilləri altında Rakkadan paylaşdığı görüntülər və verdiyi həyasız bəyanatlar PKK ilə PYD-nin üzvi əlaqəsini bir daha ortaya qoydu. Türk Silahlı Qüvvələrinin buna cavabı isə birmənalı oldu. Terror təşkilatının "dəhliz" xəyalını “Fərat Qalxanı” və “İdlib” əməliyyatları ilə boşa çıxaran Türkiyə, Rakkanı aldıqdan sonra terrorçuları Afrinə göndərəcəyini açıqlayan PYD-yə qarşı, İdlib və Azezdeki yerləşməsini tamamladı. TSK-ya bağlı İHA və SİHALAR(pilotsuz uçuş aparatları) Afrin, Azez və İdlib bölgəsində “non-stop” monitorinq uçuşlarını davam etdirir.

Economist: PYD Rakkanı parçalayacaq

Dünən Rakkada qəti qələbəsini bayram edən terror təşkilatı PYD-nin Şimali Suriyada illərdir etdiyini Rakkada da edəcəyini dilə gətirən Economist jurnalı, etnik və məzhəb təzyiqi ilə burada da parçalanma yaradacağını yazıb. Jurnal, "Son bir neçə ildə YPG-lilər Şimali Suriya daxilində onlarla Ərəb kəndini dümdüz etdi. Yarım milyon Kürd təzyiqlərdən qaçdı", deyə yazıb.

 

Türkiyə ordusu PYD-yə qarşı hərəkətə keçdi

PYD terror təşkilatının terrorçu lider Abdulla Öcalanın şəkilləri ilə Rakka şəhərindən paylaşdıqları görüntülər təşkilatın PKK ilə birbaşa bağlantısını əyani formada sübut edib. Lakin Türkiyə Silahlı Qüvvələri (TSK) bu görüntülərə cavabsız qalmayıb.

Təşkilatın “koridor” xəyalını “Fərat qalxanı” və İdlib əməliyyatları ilə boşa çıxaran TSK İdlib və Azez bölgələrindəki mövqelərini möhkəmləndirmə işlərini başa çatdırıb.

Ordu Rakkanı aldıqdan sonra əsgərlərini Afrinə göndərəcəyini açıqlayan PYD-ni qarşılamaq üçün bütün insansız kəşfiyyat təyyarələrini “non-stop” uçuş rejiminə keçirib.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

10:12