Nurədiin Məmmədli : “Bu gün Azərbaycanda yüzlərlə “like” məhbusu var”
Son günlər ölkədə baş verən ictimai-siyasi proseslərlı bağlı AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli ilə müsahibə:
– Nurəddin bəy, son günlər Gözəl xanımın səhhətinin ağır olması ilə bağlı xəbərlər yayılır. Son məlumat nədir, necədir durum?
– Gözəl xanımla bağlı son günlərin xəbərləri xoş deyil. Belə ki, onun ciddi müalicəyə ehtiyacı var. Uzun müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Həbs olunandan bu yana onun üçün həyati əhəmiyyət daşıyan dərmanlar verilmir. Son günlər, bu, azmış kimi əlavə olaraq Gözəl xanımın telefonla danışmaq hüququ da məhdudlaşdırılıb. Bu səbəbdən onun vəziyyəti ilə bağlı məlumatları yalnız vəkilləri vasitəsilə alırıq. Təəssüf ki,vəkillərin çoxsaylı müraciətləri də lazımı nəticənivermir. Hakimiyyət ondan intiqam alırmış kimi adekvat addım atmaq istəmir.
– Açıqlamalarınızda deyirsiniz ki, partiyalar içərisində ən çox basqıya məruz qalan AXCP-dir. Bu münasibət nədən irəli gəlir?
– Əslində, bu gün siyasi səhnədə rejimə qarşı yeganə mübarizə aparan qurum AXCP və onun təmsil olunduğu Milli Şuradır. Yerdə qalan bütün siyasi partiyalar, qurumlar, şəxslər məqam gözləyirlər. Ölkədə baş verən dəhşətli hadisələrə münasibət bildirmirlər. Ona görə də bu gün hədəfdə AXCP-dir. Keçən ilin sentyabr ayından bu yana AXCP və Milli Şuranın keçirdiyi aksiyadan sonra 254 nəfər AXCP üzvü polis şöbələrinə dəvət olunub və onlara təziqlər göstərilib, təqiblərə məruz qalıblar. 17 nəfər partiya fəalımız işdən xaric olunub. 39 nəfər isə inzibati qaydada həbs cəzasına məhkum olunub və xeyli sayda da cərmələrlə cəzalandırılanlar var. Bütün hallarda bir nəfər istisna olmaqla işdən çıxanlar partiyanı tərk eləməyiblər. “Ya işdən, ya da partiyadan istefa” tələbinə hakimiyyətin istədiyi cavabı verməyiblər. Bu azmış kimi, heç kim də partiyanın əleyhinə hər hansı bir fikir söyləməyib. Bu, hakimiyyəti olduqca qıcıqlandırır, onların daha ciddi repressiyalara təkan verməsinə səbəb olur. Hesab edirəm ki, bu gün partiya sədrinin bütün müavinləri, müşavirləri, köməkçisi həbs olunduğu halda, AXCP indiyə qədər gördüyü işdən daha səmərəli, daha ciddi şəkildə fəaliyyət göstərir və bunu son dövrdə keçirdiyimiz ictimai tədbirlərdə, kütləvi aksiyalarda da nümayiş etdirməkdəyik. Ona görə də hakimiyyət çılğınlaşır. Digər tərəfdən, beynəlxalq təzyiqlər artdıqca, qarşıda olan iki mühüm hadisə ilə əlaqədar olaraq hakimiyyətin narahatçılığı ciddi şəkildə artmaqdadır. Bunlardan birincisi imzalanması noyabr ayının 26-da gözlənilən Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi ilə əlaqədardı. Bilirsiniz ki, sazişlə bağlı bu dəqiqə tərəflər arasında müzakirələr gedir. Digər tərəfdən, gələn ilin prezident seçkilərinə qədər hakimiyyət əsas rəqibi olan AXCP-ni sıradan çıxarmağa çalışır və buna nail ola bilmədikcə, çox gülünc doğuran, hüquqla əlaqəsi olmayan məhkəmə prosesləri aparılır. İnsanlar şərlənərək həbs olunurlar. Amma hesab edirəm ki, bütün bunların hamısı hakimiyyəti xilas edə biləcək yollar deyil.
– Hazırda AXCP İdarə Heyətinin demək olar ki, 3-də 2-si həbsdədir. Deyirsiniz ki, buna baxmayaraq, işinizi daha səmərəli təşkil edirsiniz. Bu, təşkilatda mübarizə əzminin göstəricisidir, yoxsa necə?
– Təbii ki, bütün bunlar cəbhəçi ruhunun ifadəsidir. Əvvəllər “cəbhəçi ailəsi”, “cəbhəçi xarakteri”deyəndə çoxu buna ironiya ilə yanaşırdı. Bunu sadəcə olaraq, bir şişirtmə, mübaliğə kimi qəbul edirdilər. Amma bu gün ortada olan faktlar onu göstərir ki, bəli, AXCP nəhəng bir ailə kimi fəaliyyət göstərir. “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi bu gün partiyada ideoloji təməl prinsiplərindən biridir. Bunu da öz fəaliyyətimizlə sübut edirik. Bu qədər təzyiqlərin qarşısında qərərgahsız, heç bir maddi yardımsızbunu edirik. Halbuki bu gün Azərbaycanda partiyalara kütləvi şəkildə dövlət yardımı göstərilir. Amma yeganə strukturları fəaliyyət göstərən, bütün Azərbaycanın inzibati ərazilərinin hamısında özəkləri, təşkilatları olan bir partiyaya yardım göstərilmir. Eyni zamanda bütün yerdə qalan vasitələrdən də məhrum olunmağımıza baxmayaraq, partiya fəaliyyətinə davam edir. Ən sevindirici hal odur ki, partiyada bu gün kifayət qədər yetkin gənclər ordusu formalaşıb. Onlar ideoloji cəhətdən savadlı, inadkar, həm cəsarətlidirlər. Ona görə də o itkilərimiz çox böyük əziyyət hesabına olsa da, kompensasiya edilir. Bu, partiyanın siyasi fəaliyyətindəki hakimiyyətin arzuladığı zəifliklərin meydana çıxmasına imkan vermir.
– AXCP-nin idarə strukturunun yarıdan çoxu həbsdədir. Siz necə, həbsə hazırsınız?
– Bu yolu seçəndə həmişə bizi gözləyən təhlükələrə hazır olmuşuq. Yoxsa bu qədər təzyiqə dözmək olmaz. 26 ildir mən bu prosesin içindəyəm. Bu prosesə qatılmazdan əvvəl üç işimdən könüllü şəkildə imtina etmişəm. Onlardan ikisi indi adi iş hesab oluna bilər. Elmlər Akademiyasında aparıcı elmi işçi və universtetlərin birinin professoru. Mən Ali Attestasiya Komissiyasının üzvülüyündən imtina eləmişəm. Moskvada doktorluq dissertasiyası müdafiə edəndən sonra o vaxt Ali Attestasiya Komissiyasının sədri olan, dünya elminin nəhəngi Azad Mirzəcanzadə məni dəvət edib. Yeddi il orada fəaliyyət göstərən yeganə azərbaycanlıyam ki, mənə problemlər yarada bilməsinlər deyə könüllü şəkildə o vəzifədən imtina eləmişəm. Buna görə də dediklərim şəxsiyyətimlə, kimliyimlə bağlı deyil. Bu cəbhəçilərə xas olan xüsusiyyətdir. Biz 4600 şəhid vermiş bir təşkilatıq, yəni bizdə bu yola gedən adamlar hara getdiyini, nə üçün getdiyinə şüurlu şəkildə dərk edən insanlardı. Ona görə də həbslərlə özünüzdə görürsüz ki, partiyanı zəiflətmək, ayrı-ayrı şəxsləri qorxudmaq mümkün deyil.
– Türkiyədə CHP başqanı öz müavininin həbsinə etiraz əlaməti olaraq bir yürüş keçirdi. Əli Kərimli Gözəl xanımın həbsinə etiraz əlaməti olaraq belə bir addım atmaq haqqında düşünübmü?
– Mən Türkiyədəki hadisələri çox ciddi şəkildə izləyirəm və etiraf edim ki, əvvəlki dönəmlərdə CHP-nin apardığı fəaliyyəti o qədər də təqdir eləmirdim. Ancaq son referendumda CHP-nin fəaliyyətini, başda Kılıçdaroğlu olmaqla və bu yürüşü, aradakı fasilələrdə apardıqları mübarizənin effektivliyini hiss edirəm. Onu təqdir edirəm. Amma bununla belə bu tipli mübarizəni konkret şəxslərə görə aparmağı düzgün hesab etmirəm. Türkiyədə minlərlə yox, on minlərlə, yüzminlərlə hüququ pozulan insanlar var. Bunu AKP hakimiyyəti qəbul etsə də, etməsə də, bu, belədir. Azərbaycanda da onun kimi. Əgər fikir verirsinizsə, Gözəl xanımdan əvvəl də, sonra da həbs olunan hər bir vətəndaşımızı onun etiqadından, cinsindən, partiya mənsubiyyətindən, kimliyindən asılı olmayaraq müdafiə etmişik. İlqar Məmmədovu hər bir partiya üzvümüz, həbs olunmuş funksionerlərimiz qədər müdafiə eləmişik. NİDA Hərəkatının üzvlərini həmişə müdafiə eləmişik. Ona görə də biz prinsip etibarilə bütün fəaliyyətimizi bütövlükdə Azərbaycan siyasi məhbus probleminin həll edilməsi və Azərbaycanda normal, hüquqi zəmində hakimiyyətin formalaşması, demokratik seçkilər nəticəsində, xalqın iradəsinə söykənən bir hakimiyyətin formalaşması uğrunda mübarizə aparırıq. Mübarizəni şəxslər üzərində qurmağın tərəfdarı deyiləm. Amma bununla belə Gözəl xanım Azərbaycan siyasətində özünü təsdiq etmiş böyük siyasətçilərdən biridir. Tam mübaliğəsiz olaraq deyə bilərəm ki, simvollaşmış bir şəxsiyyətdir. Gözəl xanım Azərbaycanda qadın hərəkatının şəriksiz lideridir. Mən bu fikiri bir neçə dəfə təkrar etmişəm və heç kim də buna etiraz etməyib. Onun statusları uğrunda mübarizə aparırıq. Bu gün çoxlu sayda vətəndaşlarımız Gözəl xanım haqqında video roliklərlə çıxış edirlər. Biz beynəlxalq təşkilatlarla xüsusi qayda da işləyirik. Eyni zamanda onun məhkəmə proseslərini diqqət mərkəzində saxlayırıq. Bununla belə təkrar edirəm ki, biz rejimə qarşı kompleks aksiyalar mərhələsini sentyabr ayından başlayacağıq. Əgər fövqəladə vəziyyət yaranmasa. Sentyabr ayından biz kütləvi aksiyalara start vermək istəyirik. Hakimiyyəti də qorxudan elə budur. Buna qədər partiyada durğunluq yaratmağa çalışırlar.
– Bir partiya kimi cəmiyyətdən gözləntiləriniz nədir?
– Nə qədər xalqımıza inansaq da, qeyd etməliyəm ki, biz yola xalqı sevə-sevə çıxmışıq və heç zaman da bu xalqa inamımızı itirməmişik. Bu gün partiyanın əsas ilham aldığı qüvvə də Azərbaycan xalqıdır. Hüquqlarını qoruduğumuz insanlarımızdır, amma etiraf etmək lazımdır ki, cəmiyyət rejimə qarşı mübarizədə o qədər fəal deyil. Burda obyektiv səbəblər subyektiv səbəblərdən qat-qat artıqdır. Xalqın aşağılanmasını, tənqidə məruz qalmasını düzgün hesab etmirəm. Rejim çox qəddar, amansızdır. Həbsxanalarda olan insanlarımızın hamısına təəssüf ki, əlimiz çatmır. Bəziləri olur onların ictimailəşməsində maraqlı deyil. Bu gün yüzlərlə “like” məhbusu var. Əli Kərimlinin, Cəmil Həsənlinin və digər bizim funksionerlərin profilində yazdığı hər hansı statusu bəyəndiklərinə görə həbsxanada oturanlar var. Ölkədə hüquqsuzluq mühiti yaradıb. İnsanları təqib edirlər, qohumlarını işdən çıxardırlar. Belə bir şəraitdə, doğrudan da,mübarizə aparmaq çox çətindir. Mən bunu statusumda xüsusilə vurğulamışam ki, bu gün beynəlxalq vəziyyətdə ölkədə baş verən proseslərdə Azərbaycandakı rejimin dəyişmək üçün kifayət qədər obyektiv zəmin yaranıb. Bu, qaçılmaz bir prosesdir. Əsas hədəf Azərbaycanda siyasi təşkilatlanmanı, ictimai hərəkatlaşma mərhələsinə keçirməkdi. Yəni ölkədəki ayrıca götürülmüş partiya nə qədər güclü olsa belə, bu rejimə qarşı mübarizədə qalib gələ bilməz. Ona görə də buna xalq kütləsinin geniş şəkildə proseslərə qatılmasına ehtiyac var. Biz də buna ümid edirik. Hər halda bunun işartıları hiss olunmaqdadır. Bayaqdan bəri biz bunu ayrı-ayrı detalları haqqında danışırıq. Amma daha kütləvi şəkildə xalqın bu prosesə qoşulmasına ehtiyac var. Şəxsən mən hesab edirəm ki, rejimin hakimiyyətdə olduğu bütün dönəmlərdə heç zaman Azərbaycan xalqı hakimiyyətə gəlməyə indiki qədər yaxın olmayıb. Buna həm beynəlxalq şəraitlər, həm ölkənin daxilində baş verən proseslər, həm artıq bu rejimə olan inamın tamamilə sınması bir siyasi faktorlar toplusu kimi diqtə edir. Ona görə də xalqın mübariz olsa, çox tezliklə bu prosesi qələbə ilə yekunlaşdırmaq mümkündür.
– Cəbhəçilər tez-tez deyirlər ki, AXCP-yə qarşı hakimiyyətlə yanaşı, müxalifət cəbhəsindən də hücumlar olur. Bu, doğrudur? Doğrudursa, səbəb nədir?
– Bunun çoxlu sayda səbəbi var. Milli Şura yaranandan bu yana hakimiyyət bütün vasitələrlə Milli Şuranı və onun əsas güc mənbəyi olan AXCP-ni zəiflətmək uğrunda mübarizə aparır. Əvvəlki dalğada bunu Milli Şuranı xeyli sayda partiyaların, təşkilatların və şəxslərin hakimiyyətin təzyiqi altında tərk etməsi vasitəsilə reallaşdırmağa çalışdılar. Amma bu, baş tutmadı. Fədakar insanların mübarizə əzmi, eyni zamanda Milli Şurada təmsil olunan çoxlu sayda insanların cəmiyyət, millət qarşısındakı məsuliyyətini dərk etməsi, Milli Şuranın parçalanmasının, dağılmasının qarşısını aldı. Hazırda hakimiyyətin əsas hədəflərindən biri, AXCP-yə qarşı, Milli Şuraya qarşı olan bütün o qrupları, şəxsləri bir yerə toplayıb öz trolları vasitəsilə AXCP-ni və Milli Şuranı gözdənsalma kampaniyası aparır və bu prosesdə bir təmərküzləşmə prosesinin getmə meylini də hiss etməmək mümkün deyil. Xaricdə, daxildə olan çoxlu sayda adamlar, bu gün cəsarəti çatıb rejimin günahları haqqında heç nə deyə bilməyənlər hətta bunların müdafiəçisi kimi çıxış edir. Çox maraqlı eyni zamanda paradoksal vəziyyət yaranıb. Son dövrlərdə elə bir situasiya yaranıb ki, sanki Azərbaycan iqtidarı – YAP, müxalifətlə mübarizədən çəkinir. Heç kim bizim fikirlərimizə reaksiya vermir. Hamısı çəkilib, siyasi səhnə tamamilə boşdu. Amma hakimiyyətin psevdo müxalifətləri, məqam dəllaları, özünə kreativ müxalifət adı verənlərin hamısı cəmləşib bizə qarşı mübarizə aparır. Şübhəsiz, biz buna hazırıq, bunu gözləyirik. Çünki bunların mübarizəsində əsas hərəkətverici stimul hakimiyyətdən aldıqları hansısa ödənişlərdi, üstünlüklərdi və s. Bizim isə arxamızda duran Azərbaycan xalqıdır və çox şükürlər olsun ki, xalq artıq kimin-kim olduğunu çox yaxşı bilir. Mənim siyasətdə olduğum müddətdə ən çox başağrısı yaradan iki sual olub: Birincisi, bundan ibarət idi ki, niyə Azərbaycan müxalifəti birləşmir? İkincisi, niyə siz başqa qüvvələri də öz proseslərinizə cəlb eləmirsiniz? Hazırda bu istiqamətdə minimum 4-5 ildir ki, heç kim heç nə soruşmur. Azərbaycan siyasətində müxalifətin qazandığı böyük uğurlardan biri ondan ibarətdir ki, artıq kimin-kim olduğunu cəmiyyət çox yaxşı bilir. Özlərinə liberal qanadın təmsilcisi, yüksək intellektuallar adını verənlərin əsl siması ortalıqdadır. Ona görə də bu cür müxtəlif kompazisiyalarla birləşib bizə qarşı mübarizəni bir tərəfdən təbii hesab edirik, digər tərəfdən bunun güclənəcəyinə də şübhəmiz yoxdur. Çünki özlərinin cəsarəti çatıb mübarizə aparacaq vəziyyətdə deyillər. Zaman-zaman kimliklərini ortaya qoyublar və bu gün də istər-istəməz hakimiyyətə yardımcı olmaqla müxalifətə qarşı mübarizə aparırlar. Bunların psevdo müxalifətçiliyini sübut eləmək üçün atılan addımlar təsirini bağışlayan proseslərə qatılırlar. Bunun təbii ki, normal siyasətlə heç bir əlaqəsi yoxdu və heç zaman da bu tendensiyanın tərəfdarları qalib ola bilməzlər.
– Azərbaycanın hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Çox acınacaqlı bir durumdur. Ölkənin büdcəsini cərimələrlə, ağılasığmaz rüsumlarla durmağa çalışırlar. Gündə onlarla sərəncam imzalanır büdcənin doldurulması ilə bağlı. Tamamilə biabırçı, rüsvayçı bir mənzərədir. Neçə illərdi qeyri-neft sektorunun inkişafı ilə bağlı milyardlarla pullar xərclənir. Regionların inkişafı proqramına uyğun olan on milyardlarla pullar mənimsənilib. Bu gün rəsmi statistikanın verdiyi məlumata görə, 2016-cı ildə Azərbaycan hökuməti xaricə 5 at, 6 camış ixrac eləyib. Təsəvvür edirsiz, bu, nə deməkdi? Yəni ölkədə çox acınacaqlı vəziyyət mövcuddur. Maaşlar ödənilmir, kütləvi işsizlik şəraiti yaranıb, Azərbaycanın xarici borcları indiyə qədər ödənilməyib. Bu, dövlət büdcəsi üzərində böyük yük yaratmırdı. Amma artıq o borcların ödənmə mərhələsi çatıb. Bu gün hər bir Azərbaycan vətəndaşının 8 min dollardan artıq borcu var və bu gün Azərbaycanın növbəti qaz layihəsini reallaşdırmaq üçün nə az, nə çox 6 milyard dollar vəsaitə ehtiyacı var. Bu dəqiqə hakimiyyət nəyin bahasına olursa olsun, həmin borcu, krediti alıb onu Azərbaycan qazının dünya bazarına çıxarılmasına yönəltməyə çalışır. Digər tərəfdən, məmur özbaşınalığı, qanunsuzluq, ədalətsizlik hökm sürür. Hakimiyyət islah olunmaq istiqamətində addım atmır. Real olaraq iqtisadiyyatı sabitləşdirmək üçün iş görülmür, bank sistemi tamamilə iflasa uğruyub. Yaxın bir neçə ay ərzində bu gün mövcud olan bankların 3-də 2-sinin iflas olması zərurətdir. Bunu heç kim xilas edə bilməz. Belə bir şəraitdə təbii ki, ölkənin vəziyyətini yaxşı hesab etmək olmaz. Bu gün Azərbaycan dünyada hər 100.000 nəfərə düşən polisin sayına görə lider ölkədir. Azərbaycanda hər 100 adamdan biri polisdir. Amma bizdən sonrakı hər 100 adamdan yarısı, yəni bizim yarımız səviyyəsindədir. Ölkəni başdan-başa polis qaydaları ilə idarə eləməyə çalışırlar. Bunun da bir sınma nöqtəsi olacaq. Bu gün bizi ən çox narahat edən ölkədə kütləvi ixtişaşların başlamasıdır. Belə bir proses baş versə, kim müxalifətdir, kim iqtidardır, kimin hansı partiyadan olmasının fərqi yoxdur, bu hamımız üçün fəlakətə çevrilə bilər. Ölkənin rəhbərliyi Azərbaycanı məhz bu istiqamətdə yönəldir. Başqa çıxış yeri qoymayıblar. Bizim də əsas missiyamız odur ki, təşkilatlanmış şəkildə mübarizəni təmin edək və Azərbaycandakı dəyişikliyi hüquqi zəmində reallaşdıra bilək.
– Ölkənin bugünkü vəziyyətində müxalifət partiyaları, siyasi təşkilatlar niyə bir araya gəlmirlər?
– Bir araya gələsi kimsə qalmayıb. Bu gün AXCP-dən başqa, ayrı-ayrı fərdləri çıxmaq şərtilə mübarizə aparacaq real gücə, ən başlıca iradəyə sahib olan kimsə qalmayıb. Bunu tam, birmənalı şəkildə məsuliyyətimi dərk edərək deyirəm. Qalıb öz partiya liderlərini, funksionerlərini müdafiə edə bilməyənlər, cəsarəti olmayanlar AXCP-nin tənqidçilərinə çevriliblər.
– Siz Milli Şurada da təmsil olunursunuz. Milli Şuranın ölkədəki sosial və iqtisadi böhranla bağlı hansısa tədbirləri olacaqmı? Kütləvi etirazlar gündəmdədirmi?
– Çox təəssüf ki, Milli Şura kimi fəaliyyətimizə imkan vermirlər. Hər hansı bir auditoriya tapa bilmirik ki, orda öz tədbirlərimizi həyata keçirək. Amma belə imkanlar daxilində ölkənin həm siyasi, həm hüquqi, həm sosial sahələri ilə bağlı Milli Şuranın kifayət qədər iddialı layihələrini həyata keçirmişik və bu gün də bu istiqamətdə addımlar atırıq. Dəfələrlə hakimiyyətə də çıxış yollarını göstərmişik, yol xəritəsi təqdim etmişik, cəmiyyətə həqiqətləri açıqlamışıq. Milli Şura öz imkanları daxilində mümkün hər şeyi etməyə çalışır. O, şübhəsiz belədir və Milli Şuranın fəaliyyəti ilə maraqlanan hər bir adam bunu bilir. Bunu eyni zamanda beynəlxalq təşkilatlar da dəyərləndirirlər. Fikir verirsinizsə, ölkədə ictimai-siyasi vəziyyətlə bağlı araşdırma aparan tədqiqatçılardan tutmuş, siyasi dairələrə qədər kim Azərbaycana gəlirsə, mütləq Milli Şuranın sədri professor Cəmil Həsənli və AXCP sədri Əli Kərimli ilə görüşür, müzakirələr aparır, həqiqəti öyrənir. Bu da YAP daxilində çox böyük narahatçılığa səbəb olur. Əgər fikir verirsinizsə, YAP-ın əsas funksionerləri dəfələrlə qeyd ediblər ki, xarici beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycan haqqındakı hesabatları və fikirləri Azərbaycan müxalifətinin göndərdiyi sənədlər əsasında tərtib olunur. Yəni bu, bir göstəricidir. Özləri də bunu etiraf edirlər. Kütləvi etirazlara gəlincə, sentyabr ayından başlayaraq biz kütləvi aksiyalara start verəcəyik. Əgər fövqəladə bir vəziyyət yaranarsa, belə bir vəziyyətdə, şübhəsiz, biz istənilən gün aksiyaları keçirməyə hazırıq.

Toplum.tv
09:09
Digər xəbərlər