2017ci il Qarabağın Azadlıq ili ola bilərmi?

Quzey Azərbaycan ərazisinin 20%-i işğal altında və 1 milyonadək  Azərbaycan Türkü didərgin düşmüşdür. Qarabağın erməni işğalından azad olmasını müzakirə yolu ilə sorunun həlli sürəcindən artıq 24 il keçir. Ancaq hələ də topraqlarımız erməni işğalındadır. Qarabağın azadlığı Azərbaycan üçün, bölgə ölkələri üçün və həm də Amerika üçün artıq vacib məsələdir.

Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır

Trend İA-nın açıqlamasına görə bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir: “Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, amma bu gün dünya da bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik – öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, bütün bu işləri görə bilməzdik. Bu gün bax bu yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

Prezident Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini dedi

“Münaqişənin həlli çox sadədir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir”, – İlham Əliyev bildirib.

Ermənilər Qarabağ statusunu mümkün qədər uzatmağa çalışacaqlar

Serj Sərkisyanın yanvarın 20-də çay süfrəsi arxasında2016-cı ilin aprel ayında Dördgünlük Qarabağ savaşında iştirak edən və tərxis olunan hərbçilərlə görüşündə arabağ məsələsinə deyinib.
“Sərkisyanın bu görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur:
1) Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz;
2) Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir;
3) Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir;
4) İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var”.

Politoloq Elxan Şahinoğlu iddia edib ki, Sərkisyanın bu tezisləri danışıqlar prosesinin İrəvanı qane etdiyini təsdiqləyir: “Buna görə də onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar. Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sərkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq Sərkisyanın sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və Xarici İşlər naziri Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır”.

“Vaşinqton Tayms”  bir məqalədə münaqişənin həlli yollarını təklif edib.

Məqaləni «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti, Zöhrab Rob SühbaniYazıb: “Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyonadək adamın didərgin düşdüyünü xatırladan Sübhaninin fikrincə, Qarabağ münaqişəsinin həlli həm D.Tramp, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trampın Qarabağa yanaşması Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər“

Putinin məqsədi

“Azərbaycan və Ermənistanı donmuş münaqişə vəziyyətində saxlamaq V.Putinin Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək məqsədinə xidmət edir… ABŞ-ın etibarlı müttəfiqi Azərbaycanla Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, Prezident Tramp Putinin sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan qüvvə olduğunu çox tezliklə müəyyənləşdirə bilər”.
Birləşmiş Ştatlar və Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlliylə məşğul olan Minsk Qrupunun üzvləridir. Sübhani yazır ki, məhz bu qrup vasitəsilə Rusiya nəinki xeyli həll cəhdlərinin qarşısını alıb, üstəlik, Ermənistanı silahlandırmaqla münaqişənin uzanmasına yardım edib.
“Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, İrəvanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb”, – deyən müəllif həm Azərbaycan, həm də Ermənistanın sülhə layiq olduğunu və Trampın hər iki ölkənin xalqına arzuladığı yeni başlanğıcı verə biləcəyini yazır. Onun fikrincə, Tramp Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər. Üstəlik, Azərbaycan kimi etibarlı müttəfiqinin yanında dayanmaqla, İran kimi oyunçulara ismarış göndərmiş olar.

Həllin şərtləri

Müəllif Qarabağ münaqişəsinin həlli yollarını – şərtlərini də təklif edir. Onun fikrincə, hər şeydən öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycan Avropaya gedəcək qaz kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsiylə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır. Müəllif sülhün təmin olunması üçün Qarabağa ABŞ, Rusiya və Fransa qoşunlarının yerləşdirilməsini və bunun haqqını zəngin Azərbaycanın ödəməsini təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan Barışıq və Yenidənqurma Fondunun yaradılmasını, bu fondun bəzi layihələri, məsələn, Bakıdan Ermənistan ərazisinə, oradan da Naxçıvana uzanan dəmiryolun tikintisini gerçəkləşdirməsi fikrini irəli sürür. Və nəhayət, Ermənistanda Sovet dönəmindən qalma Metsamor atom stansiyası əvəzinə Amerika-Rusiya-Fransanın əməkdaşlığıyla yeni və təhlükəsiz nüvə zavodunun inşasını təklif edir.
Qəzet yazır ki, uzunmüddətli sülhdən ötrü Tramp Rusiya Prezidenti Putini yola gətirməli, o da öz növbəsində Ermənistan Prezidenti S.Sərkisyanı dilə tutmalıdır. “Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ermənistan xalqını əmin etməli, İrəvana heç vaxt arxa çevirməyəcəklərinə inandırmalıdırlar”, – deyən müəllifin fikrincə, Tramp Putinin qarşısına aydın, yığcam və tam maliyyələşdiriləcək iqtisadi yenidənqurma planı qoymalıdır, onu münaqişənin həllinin bütün tərəflərin xeyrinə olacağına inandırmalıdır. (azadliq)

Azərbaycan Qarabağla bağlı bəyanat yaydı

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
“Qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ region onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycan işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar ilk növbədə Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi bizim status-kvonu dəyişmək hüququmuz vardır. Gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə qeyd etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması beynəlxalq ictimaiyyətin tələbidir və heç bir halda güzəşt kimi təqdim edilə bilməz və ya qoşunların çıxarılmasını siyasi məsələlərin həllinə bağlayaraq sövdələşmə predmeti kimi istifadə edilə bilməz.
Nazir Elmar Məmmədyarov həmçinin vurğuladı ki, həmsədr ölkələrin məsələyə tam ciddiyətlə yanaşacaqları təqdirdə, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılması təmin olunacaqdır”.

TREND İA

12:24