Nadir Qazipurun “Türk nazirlərin sayı çoxalsın” çağırışı ilə Tehranı bir-birinə qatdı

 

Güney Azərbaycanın Urmu millət vəkili Nadir Qazipur İran mollakratiya rejiminin prezidenti  Həsən Ruhaniyə müraqciət edərək bu ölkənin hakimiyyətində Türk kökənli nazirlərin sayının artırmasına dair irəli sürdüyü tələbi Tehran rejimini ayaöğa qaldırıb. Onun belə bir açıqlama verməsi faktiki olaraq, Tehranda basılan bütün agentliklər, eləcə də Türkiyənin Anadolu agentliyi və çoxtirajlı qəzetlərin də gündəmində yer alıb.

Nadir Qazipurun İran Parlamentindəki çıxışında belə deyib: “Ölkədə nazir seçimində Türk nazirlərin kvotası artmalıdır. Siyahıda bacarıqlı, mütəxəssis və məsuliyyətli Türk nazirlərin adı keçmədiyi təqdirdə, hökümətdə 110 nəfər üzvü olan Türk Fraksiyasından etimad səsi gözləməsin,” deyə o bildiribdir.

“İran vətəndaşlarının təqribən 50 faizi şimaldan cənuba, şərqdən qərbə şirin Türk dilində danışırlar,” deyə, Urmulu siyasətçi Türk dilinin məktəblər və universitetlərdə tədrisi tələbini təkrar gündəmə gətirib. Onu da qeyd edək ki, Nadir Qazipurun çağırışı Türkiyənin Anadolu agentliyi, Akşam və Yeni Akit kimi qəzetlərində ətraflı şəkildə əks edilib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:11