Musayev Faik Nəsiboğlu, kimya elmləri doktoru.

24 May 1952-ci ildə Qazax rayonununda müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi Qızıl medalla bitirmiş və elə həmin ilin iyul ayında Lenin adına Azərbaycan Dövlət Pedaqoji Institutunun kimya fakultəsinə daxil olmuşdur.
Institutda yaxşı oxuduğu üçün Lenin teqaidinə layig görülmüşdür.

1973-cü ildə Pedaqoji Institutu fərqlənmə diplomu ilə bitirmiş və Bakı şəhəri Qaradağ rayonunun Sanqaçal qəsəbəsindəki orta məktəbə kimya müəllimi təyin olunmuşdur. 8 ay məktəbdəmüəllim işlədikdən sonra 1974-ci ilin may ayında Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvü və Fiziki kimya Institunun “Quruluş Kimyasi” laboratorıyasında aspiranturaya daxil olmuşdur.

Elə həmin ildə də hərbi xidmətə cağrılmış və Ukrayna Respublikasında gizli ballistik raketler hərbi bölməsində kimyaçı kimi calışmışdır.
Hərbi bölmənin komandiri kapitan Polşin ona Leninqrad Hərbi Akademiyasında oxumağı təklif etmişdir. Lakin Faik Musayev təklifi qəbul etməmiş və aspiranturada təhsilini davam etdireceyini bildirmişdir. 1975-ci ildə hərbi xidməti bitirib, yenidən Bakıya qayıtmış və Azərbaycan Elmlər Akademiyasında görkəmli kimyaçı alim Professor Xudu Məmmədovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirmişdir.

1979-cu ilde “Metal monotiobenzoatların sintezi və kristal quruluşu” movzusunda namizədlik dissertasiyasını müdafiə edib, kimya elmlər namizədi dərəcəsini alıb. Mərhum Professor Xudu Məmmədovun gənc alimin dünya görüşünün və həyatının formalaşmasında çox böyük təsiri olmuşdur. Faik Musayev 1991-ci ildə Tbilisi Dövlət Universitetində “Bioloji aktiv benzoy turşusu və onun törəmələrinin keçid elementlərlə kompleks birləşmələrinin quruluşu və termiki davamlılığı” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və kimya elmləri doktoru dərəcəsini alıb.

120-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Rusiyanın və dünyanın müxtəlif bölgələrində (Moskva, Novosibirsk, Səmərqənd, Praga, Hamburg, Buffalo, New York və s.) quruluş kimyası və termiki analiz üzrə keçirilən elmi konfranslarda dəfələrlə iştirak etmişdir.

1993-ci ilə qədər Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvü və Fiziki Kimya Institunda aparıcı elmi işci vəzifəsində calışmışdır. 3 nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.

1993-cü ilin noyabr ayında Tayvan Elmlər Akademiyasına dəvət olunmuş və 1998-ci ilə qədər orada xərcəng və HIV xəstəliklərinə qarşı aktivlik göstərən zülal molekullarının təmizlənməsi və kristal guruluşunun öyrənilməsi ilə məşğul olmuşdur. Bu elmi işlərin nəticəsi çox hörmətli beynelxalg jurnallarda çap olunmuşdur. Taivan Elmlər Akademiyasında işlədiyi müddetdə
müxtəlif ölkələrdən, o cümlədən Yeni Zelandiya, Braziliya və Amerika Birləşmiş Ştatlarindan elmi axtarışlarını davam etdirmək üçün təklifler almışdır.

Faik Musayev 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının dəvətini gəbul etmiş və oraya
köçmüşdür. Hal-hazırda ABŞ-ın aparıcı Universitetlərinin birində (Virginia Commonwealth University, Richmond, VA, USA) professor vəzifəsində calışır. Anemiya və vərəm xəstəliklərinə qarşı yeni növ dərman maddələrinin keşfi ilə məşğuldur. Əsas elmi istiqaməti zülalların alınması, təmizlənməsi, onların kristal quruluşlarının retgen-struktur analiz yolu ilə öyrənilməsidir. Bu mövzuda ABŞ-da yüksək impakt faktoruna malik elmi jurnallarda 44-dən çox elmi məqaləsi çapdan çıxmış və 1 ixtiranın müəllifidir (US Patent No. 7160910, 2007).

Hal-hazırda Faik Musayev və onun elmi əməkdaşları tərəfindən S hemoglobinopatiya (sickle cell anemia-oraq hüceyrəvi anemiya) irsi xəstəliyinə qarşı tapılmış yeni potential dərman maddəsinin 2-ci klinik mərhələsi xəstələr üzərində ABŞ-ın Baxter kompaniyası tərəfindən məvəffəgiyyətlə sınaqdan keçirilir.

Faik Musayev həmçinin Amerikanın Tibb Laboratoriyası Texnolog diplomunu almışdır (Medical Laboratory Technology,
MLT). Elmi cəmiyyətlərə üzvlüyü: Amerika Kristalloqraphiya Cəmiyyəti (American Crystallographic Association, ACA) Amerika Qabaqcıl Elm Cəmiyyəti (American Association for the Advancement of Science, AAAS).

Xudaferin.eu

13:49