MÜƏLLİM

Bir suala hələ də bu günədək cavab tapa bilməmişəm... Bizim tərbiyyəmiz və təhsilimizdə, bir insan kimi formalaşıb həyata atilmağımizda valideyinlərimizin əməyi böyükdür, yoxsa müəllimlərimizin?...

Analarımız bizləri min bir əziyyətlə dünyaya gətirib, ilk kəlmələri, yeriməyi öyrədirsə, müəllimlərimiz isə bizə Ana, Ata, Vətən sözlərini və bu sözlərin mənasını, mahiyyətini, müqəddəsliyini ruhumuza hopdurur.

Hər bir insanın taleyində- istər orta məktəbdə, istər ali məktəbdə müəllimlər mühüm rol oynayır. Ona görə tutduğu vəzifədən, mövqeyindən asılı olmayaraq, müəllimlərinin əməyini itirənlər günyanın ən vicdansız adamları olarlar.

Mənim də həyatında orta məktəbdə (Şuşa) və ali məktəbdə (Bakı) müəllimlərim mühüm rol oynayıblar. Bu baxımdan bütün müəllimlərim mənə müqəddəsdirlər.

Bu əziz gündə Şuşada mənə məktəbdə ilk qələm tutmağı, Ana, Ata, Vətən yazmağı öyrədən Aysəba müəllimdən (Aysəba Əliyeva), tutmuş, Sabir Zeynalovu (Kəllə Sabir), Klara Hüseynovani, Gözəl, Ruziyyə, Tahirə, Ramella, Biliş, Roza və adlarını yazmadığım digər müqəddəs müəllimlərimi rəhmət və minnətlə anıram.

Eləcə də ali məktəbdə mənə dərs demiş, valideyinlərim qədər müqəddəs müəllimlərm Solmina Dadaşovanı, Afaq Quliyevani, Rüfət Şərifovu, Cabir Səfərovu, Firəngiz Xanımı, Güleyşə Xanımı, Aslan Aslanovu, Adil Adilovu və digər adlarını çəkmədiyim Müəllimlərimin ruhlari önündə diz çökərək baş əyirəm.

Fürsətdən istifadə edərək bu müqəddəs adı şərəflə daşıyan, şagird və tələbələrinə övladı qədər yanaşan bütün müəllimlərin bayramın təbrik edirəm!

Unutnayin ki, Siz Allahın yerdə kölgəsisiniz əziz müəllimlər.

Böyük hörmət və məhəbbətlə Elman Mustafazade

Xudaferin.eu

11:14