Müdafiyə Sənayesi Nazirliyi Azərbaycanın hərbi gücünü artırır .

Bu  ilin  sentyabrın   6-da   Bakı  Ekspo  Mərkəzində    Müdafiə   Sənayesi  məhsullarının   4  cü  Beynəlxalq   Sərgisi  keçirilib .

   Sərğidə  dövlət başçısı   İlham  Əliyev  Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı  stendlərlə  tanış olub.
  Müdafiə naziri Zakir Həsənov ,   Müdafiə sənayesi  naziri   Mədət Quliyev   və   Türkiyənin Baş qərargah   rəisi   Yaşar Güler dövlət   başçısına   sərgi haqqında   məlumat  veriblər .
   Sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edib .
 Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı   tədbir pandemiyanın yaratdığı məcburi  fasilədən  sonra yenidən  keçirilib . 
    Sərği  Azərbaycanın İkinci Qarabağ  müharibəsində qazandığı  Zəfərdən sonra ilk dəfə təşkil olunmuşdu . Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahları  nümayiş olundu .
   “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var  idi .   Bu  dəfə İlk dəfə olaraq  İordaniyadan olan şirkətlər də sərgiyə qatılmışdı . 
  Ümumulikdı  sərğidə  bu  il 8 ölkə milli stendləri ilə iştirak edib . Tədbirdə   məlum  oldu  ki ,  bir çox ölkələr  öz  milli ekspozisiyalarının sahələrini böyüdüblər.
   Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı  . Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikarın  ;  digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracı  probləmləri  ilə  tanış  oldu .
     Müdafiə  Sənayesi  məhsullarının  xarici bazarlarda satışına cavabdeh olan şirkətlərin pavilyonlarında  ölkəmizdə istehsal olunan yüngül  , ağır hərbi texnikaların təmsil  olunma  səviyyəsi  ilə  maraqlandı . 
  Hərbi   Məhsulların  Beynəlxalq  Səviyyədə  tanınmasına  xidmət  edən  Sərğilərin  Təşkilatçısı    Mədət  Quliyev    başda  olmaqla  Müdafiə  Sənayesi  Nazirliyidir .
    Döyüş   texnikası , çoxməqsədli, kəşfiyyat   və   zərbə  pilotsuz  uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik  və   digər  hərbi  texnikalar sərginin maraq doğuran eksponatları sırasında  idi . Onuda  qeyd  etməliyik  ki ,
Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biri  idi .
   General - polkovnik  Mədət  Quliyev  Nazir  təyin  olunduqan  sonra   Müdafiə   Sənayesi  Nazirliyi  tərəfindən    Ölkəmizin   Hərbi  qüdrətinə   şöhrət  gətirən  yüksək  səviyəli  Sərğilərin   təşkili  intensivləşib  .

    Yazınıı  qələmə  aldı  :    Qəvami  Sadıqbəyli  , Jurnalist -  politoloq  , Avropada  "  Azərbaycanın  Dostları " Beynəlxalq  Cəmiyyətin  Nümayəndəsi.
  Əlaqə  tel . : ( 051 ) 980 23 66

Xudaferin.eu

16:05