Kiyevdə mitinq iştirakçılarını qorxutmaq üçün atışma səsləri eşidildi
Ukraynanın ba.kəndi Kiyevin mərkəzində – Ali Radanın qarşısında Mİxail Saakaşvili və müxalifəti təmsil edən siyasi qüvvələrin birgə etiraz aksiyası başlayıb. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvilinin onminlərlə tərəfdarı Ali Radanın (parlament) buraxılmasını, yeni seçkilərin keçirilməsini və prezident Pyotr Poroşenkonun istefasını tələb ediblər. Onların tələbləri sırasına həmçinin deputat toxunulmazlığının ləğvi, antikorrupsiya məhkəməsinin yaradılması, seçki qanunvericiliyinə dəyişikliklər edilməsi daxildir.
Mitinqdən əvvəl Odessanın eks-qubernatoru sensasion şəkildə Ukrayna hakimiyyətinin ona sui-qəsd təşkil etmək planı ilə bağlı açıqlama verib. Əraziyə Ukrayna Daxili İşlər nazirliyinin 3500-dən çox asayiş keşikçisi cəlb edilib. Etirazçıların sayının artacağı istisna olunmur.
Bu arada şəhərin Marinsk parkında atəş səsləri eşidilib. Müxalifət nümayəndələri bildiriblər ki, əhalini və özəlliklə də müxalifəti qorxutmaq üçün, başkənd Kiyevin fərqli ərazilərində silah səslərinin eşidilməsi psixoloji təsir vasitələrindən biridir. Bununla da hakimiyyətdə möhkəmlənmiş korrupsioner iqtidar öz mövqelərindən geri çəkilməmək, eyni zamanda Moskva planına uyğun hədəfləri sərgilmək gülünc bir hadisədir. Ona görə də bizlər tutduğumuz mövqelərdən geri çəkilməyəcəyik.
Mixail Saakaşvilinin tərəfdarları küçələrə çıxdı

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”
10:18
Digər xəbərlər