Milli fəal Səid Məhəmmədi təkrar məhkəməyə çağırılıdı

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan, əslən Kəleybər bölgəsinə məxsus Səid Məhəmmədi yenidən Əhər şəhərindəki mollakratiya rejiminin “İnqilab Məhkəməsinə çağırılıb.

İran fars-mollakratiya rejimi son zamanlar Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı yeni taktiki addımlar sərgiləməkdədir. Bu ideya ilə “Güney Azərbaycan Milli Hərəkatının fəallarının guya xarici dövlətlərin kəşfiyyat orqanlarına işləməsi və eyni zamanda qanunsuz yerə silahlı devrimçi hərəkatların yaradılması” kimi saxta ittihamlarla çıxış etməyə başlamışdır. Bu sırada milli fəal və qanunsuz yerə tutuqlu kimi saxlanılan Səid Məhəmmədi də suçlu bilinməkdədir. Bu ilin  avqust ayının 8-də Səid Məhəmmədi yenidən məhkəməyə dəvət olunubdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

10:18