Milli fəal Həbib Sasanian zindanda 40 gündür aclıq eyləmi aparır

 

İran mollakratiya rejiminin zindanında aclıq edən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan 36 yaşlı Həbib Sasanian qanunsuz yerə tutuqlandığı üçün 40 gündür aclıq eyləmini davam etdirir. Tərbizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəal Həbib Sasanian aclıq aksiyasının 40-cı günündə sağlıq durumu heç də yaxşı deyil.

Milli fəalın aclıq eyləminin 32 ci günündə mollakratiya rejiminin həbsxana rəhbərliyi onun bu eyləmi dayandırması üçün hər formada çox ciddi təziq göstəriblər. Bu təziqlərə qarşı çıxan Həbib Sasanian aclıq etirazinı davam etdirməkdə israrlı olduğunu bildiribdir. Onun sağlıq durumunun pisləşməsinin qarşısını almaq üçün ona sistem köçürmək İstiyblər. Milli fəal bunu da rədd edib.

Xatırladaq ki, mollakratiya rejiminin xüsusi cəza və təhlükəsizlik qüvvələrinin aparıcı gücü sayılan “Ettelat tərəfindən 2016-cı il may ayının 15-də  6 nəfər Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanian, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanmışdır.
Ötən ilin iyun ayında mollakratiya rejiminin “Doğu Azərbaycan” vilayətindəki sorumlusu
milli fəallarla iglili gerçəkliyə uymayan bir açıqlamada bulunmuşdu. Guya tutuqlanan bu milli fəallar mollakratiya rejimini devirmək üçün “Güney Azərbaycan GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsinin üzvü olan bu 6 nəfər casusluq və separatçı” fəaliyyətlərinə görə həbs olunublar. Milli fəalları bir neçə gün sonra bu yalan iftraların ardından mühakiməsiz olaraq yerli rejimin Ettelat idarəsindən Tərbizdəki mərkəzi zindanına köçürmüşlər. Həbib

Sasanianın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan Milli Hərəkatının fəalları yaxşı bilirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:27