Milli fəal Həbib Sasanian 34 gündür Tərbiz zindanda aclıq aksiyası keçirir

 

Güney Azərbaycanın ba.kəndi rbizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Həbib Sasanian aclıq aksiyasının 34-ci günündə xəstəxanaya aparılıbdır.

Milli fəal aclıq eyləminin 32- ci günündə mollakratiya rejiminin zindan rəhbərliyi onun aclıq eyləmini dayandırması üçün bütün təzyiqlərini tətbiq ediblər. Bu təziqlərə qarşı çıxan Həbib Sasanian öz etirazını davam etdirməkdə israrlı olduğunu bildiribdir. Sağlıq durumunun  daha da pisləşməsinin qarşısını almaq üçün ona sistem köçürmək İstiəblər. Ancaq o bunu da rədr edib.

Onu da qeyd edək ki, mollakratiya rejiminin “Ettelat” təhlükəsizlik qüvvəlləri 2016-cı il may ayının 15-də 6 nəfər Güney Azərbaycan Milli Hərəkatının fəallarından Həbib Sasanian, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə onları Ərdəbil şəhərində tutuqlamışdır. Həbs edilən milli fəalların haqında iyun ayında Tehran fars rejiminin ədliyyə qurumunun “Doğu Azərbaycan” vilayətindəki sorumlusu “ Güney Azərbaycanda GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsinin 6 nəfərlik cəsusluq və bölücülük” kimi uydurma damğa ilə həbs edildiyinə dair məlumat yaymışdı.

Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra mühakiməsiz rejimin Ettelat idarəsindən Tərbizdəki mərkəzi zindanına köçürüblər. Həbib Sasanianın 2006-cı ildən bəri milli- mədəni fəaliyyətlərlə məşğul olduğunu və onun Türk dilində şeirlər və məqalələr yazdığını Güney Azərbaycan Milli Hərakatının fəalları yaxşı bilirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:23