Milli fəal Arəş Cəfəri mollakratiya rejiminin məhkəməsinə çağırılıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəalllarından biri olan Arəş Cəfəri Əhərdə yerləşən İran mollakratiya rejiminin “İnqilab Məhkəməsi”nə çağırılıb.

Milli fəal mollakratiya rejiminin çağrışına əsasən iyulun 8-də hakim qarşısına çıxıb və “İran panfarsizm-mollakratiya rejiminin təhlükəsizliyinə qarşı fəaliyyət ” kimi qondarma ittihamla muhakimə olunacaq.  

Xatırladaq milli fəal Güney Azərbaycanın Əhər şəhərində 8-9 noyabr 2015-ci il tarixində  fars irqçiliyinə və şovinizminə qarşı keçirilən kütləvi etiraz eyləmində onlarca milli fəalla birlikdə tutuqlanıb. Bununla yanaşı, həbsxanada günlərcə davam edən işgəncələrdən sonra vəsiqə qarşılığında müvəqqəti olaraq azad olunmuşdu. Arəş Cəfəri eləcə də 2014-cü il fevralın 20-də Əhərdə keçirilən “Uluslararası Ana Dili Günü” törənlərinə görə   qanunsuz yerə tutuqlanan 80 milli fəaldan biri olub.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:31