Milli fəal Abbas Lisaninin özəl mülkiyyəti də dağıdıldı

Şahidlər birldirirlər ki, Ərdəbildə milli fəala məxsus dükanı mollakrat rejiminin sadiq qüvvələri dağıdıblar

İran mollakratiya rejimi son zamanlar Güney Azərbaycanla gilili olaraq, daha qəddar üsulla Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təxribatlara törətməyə başlayıbdır. Bu olayların başında duran isə, rejimin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) qüvvələrinin durduğu hər kəsə bəllidir. Ötən həftə gecə yarısı Güney Azərbaycanlı Milli Hərəkatının fəalı Abbas Lisaninin Ərdəbildəki mağazasına daxil olaraq mağazada axtarış aparıblar. Bununla yanaşı, həm də milli fəala məxsus dükan tamamilə dağıdılıb.

Dükanın qıfılını sındıran Ettelaat nümayəndələri orada heç nə oğurlamadan bütün əşyaları dağıdıb və dükanı tamamilə alt- üst ediblər. Milli fəalin dükanı Ərdəbil şəhərinin mərkəzi və qələbəlik olan bir meydanında yerləşir. Həmin dükanın çevrəsini Yol Polisi İdarəsinə məxsus 24 saat işləyən kameranın sayəsində ora tamamilə izlənir.
Qeyd edək ki, milli fəalları, onların ailələrini və ətrafındakı dostlarını daim qorxu altında saxlamaq üçün mollakratiya rejiminin güc strukturları bu vəhşi əməllərini nümayiş etdirirlər.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Ərdəbil Bürosu”

 

09:42