Maaşlarını ala bilməyən köçkün müəllimlər Nazirlər Kabinetinin qarşısında aksiya keçirdilər
İşğaldan öncə dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayan məcburi köçkün rayonlarının müəllimləri bu gün Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları bildiriblər ki, etdikləri təkidli müraciətlərə baxmayaraq, Nazirlər Kabinetindən heç kim onları qəbul etməyib: “Bizə bildirdilər ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində sizə məsələ ilə bağlı izahat veriblər. Başqa cavab yoxdur”.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb.
Köçkün müəllimlər onu da bildirdilər ki, hətta Nazirlər Kabinetinin qarşısında dəfələrlə etiraz aksiyası keçirsələr də, şikayətlərinə baxan olmayıb. Etiraz edən köçkün müəllimlər bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əməkhaqqı verilib. 2017-ci ilin yanvarından isə həmin maaşların verilməsi dayandırılıb.

Xudaferin.eu
09:12
Digər xəbərlər