Əlirza Beygi: “Güney Azərbaycan qonşu Türk ölkələrin kölgəsindən çıxarılmalıdır”
“Prezident Həsən Ruhani 2013 ildə Təbrizdə Türk Dil Qurumunun təsisinə dair vəd versə də, bu günə qədər sözünü yerinə yetirməyib”.
Bu barədə Güney Azərbaycanın başkəndi Tərbizin muhafizəkar millət vəkili Əhməd Əlirza Beygi tərəfindən Tehran parlamentində təkrar gündəmə gəlib. Belə ki, Güney Azərbaycanın Doğu Bölgəsinin sabiq valisinin açıqlamasına görə, bəzi siyasi rəsmilərin səhlənkarlığı və ana dili ilə əlaqədar verilən sözlərin yerinə yetirilməməsi nəticəsində, İran Azərbaycanının mədəniyyəti Azərbaycan Respublikası və Türkiyənin kölgəsi altında qalıb. Muhafizəkar siyasətçi məclisdəki nitqində Həsən Ruhani hökümətinin mövzu ilə bağlı yürütdüyü siyasəti tənqid edib.
“Ana dilini qorumaq üçün bir qurumun qurulması tələb olunurdu ki, Azərbaycan əhalisinin mədəniyyət, sənət və dili qonşu türk ölkələrin kölgəsindən çıxsın. Türk Dil Qurumu vədinin yerinə təsis edilən Azərbaycan Mədəniyyət Quruluşunda bu hədəfi reallaşdırmaq üşün lazımi mexanizmlər mövcud deyil,” deyə o söyləyib.
Əlirza Beyginin dediklərinə görə, “Azərbaycan Mədəniyyət Quruluşu” qurulduqdan bəri müəyyən siyasi qrupun bir araya gəlməsinə xidmət edən bir məkana çevrilib. Sabiq vali daha sonra deyib ki, “Azərbaycanı mərkəzdən uzaqlaşdırmaq istəyənlərin ana dili üzrə bu qurumdan sui-istifadə edəcəkləri ehtimalı bizi belə bir qurumun xeyir-bərəkətlərindən məhrum etməməlidir".
Qeyd edək ki, İran mollakratiya rejiminin ən qatı fəallarından biri sayılan Əlirza Beygi bu açıqlaması ilə bir daha isbat edib ki, rejim Güney Azərbaycan və Türk dili məsələsinə şovinistcəsinə yanaşır. Azərbaycan Türkləri ilə bağlı verilən vədlər, qanunlar və qərarlar sadəcə kağız üzərində qalır. Hətta vətəndaş hüquqları da quruca formalizmdən savayı heç nəyə yaramır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
09:23
Digər xəbərlər