Leyla Əhmədovanın təşkilatcılığı ilə sağlamlıq imkanı məhdud uşaqlar üçün tədbir keçirilmişdir

05.03.2021 ci il tarixdə Ümumrusiya azərbaycanlıları konqresinin vitse prezidenti Leyla Əhmədovanın təşkilatcılıgı ilə Aksay şəhəri M,A.Şoloxov adına kitabxananın böyük akt zalında əlil xanımlar və saglamlıq imkanı məhdud uşaqlarla görüş kecirilmişdir.Görüşdə əlil xanımlara və sağlamlıq imkanı məhdud uşaqlara xüsusi hədiyyələr verilmiş və Azərbaycan dilində təşkil olunmuş konsert proqramı təqdim edilmişdir.Konsert proqramını təşkil edən musiqicilər,Rafiq Hüseynov,Vüsal Əhmədov və Elman Mamedov öz gözəl cıxışları ilə qonaqları məmnun etmişlər.Tədbirdə qonaq olan Şəmkir şəhərindən 1 ci müavin Seymur Xanızadə,hüquqşünas Ruslan Qəmbərov, Beyləqan rayonundan olan Bulud İbadov, Cabbar Orucov və Borcalıdan olan Tahir Əhmədovda öz ürək sözləri ilə iştirakcıları təbrik etmişlər.
Görüşün sonunda " Xeyirxah ürəklər" uşaq evinin rəhbəri Taтьяна Aндреевна Leyla xanıma və onun yaxın əməkdaşlarına öz təşəkkürünü bildirmişdir və xüsusi təşəkkürnamələr təqdim etmişdir.

Xudaferin.eu



23:02