KXCP (Klassik Xalq Cəbhəsi Partiyası) mətbuat xidmətindən XUDAFERİN.EU-ya verilən açıqlamaya görə, partiyanın İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Toplantıda 17 yanvar 2017-ci il, saat 12:00-da, KXCP qərargahında keçiriləcək - “20 Yanvar dərsləri və bu gün” adlı dəyirmi masa ilə bağlı müzakirələr aparılmışdır.
İdarə Heyətinin toplantısında, 20 Yanvar şəhidlərinin anım günü münasibəti ilə, “Şəhidlər Xiyabanı”nı ziyarət etmək üçün, 20 Yanvar 2017-ci il, saat 12:00-da Parlament küçəsində toplanmağı qərara alınmışdır. İdarə heyətinin qərarına uyğun olaraq, KXCP-nin bütün rayon- şəhər şöbələri, “Şəhidlər Xiyabanı”nı və ya “20 Yanvar abidə”lərini saat 12:00-da ziyarət edəcəkdir.
Partiyanın mətbuat xidməti onu da bildirdi ki, İdarə Heyətinin toplantısında ölkədə son qiymət artımları, əhalinin pensiyalarının ödənilməsində baş verən gecikmələr geniş müzakirə edilmişdir. KXCP İdarə Heyəti hakimiyyətdən səriştəsiz iqtisadi siyasətində xalqımızın mənafeyinə uyğun təcili düzəlişlər etməyi tələb edir. KXCP “Nida Gənclər Tşkilatı”nın gənc fəalı Elgiz Qəhrəmanlıya qondarma cinayət işi ilə bağlı qəbul edilmiş məhkəmə qərarına qəti şəkildə etiraz edir.
KXCP toplantısında mühüm qərarlar qəbul edildi

Xudaferin.eu
11:50
Digər xəbərlər