Kərkükdən sonra Mosulda da peşmərgələrə qarşı hərbi əməliyyatlar başladı

 

Quzey İraqda ötən yüzilin 50-ci illərindən bu yana, kürd etnik bölücülük hərəkatının və terrorizminin sonuna az qaldı.

İraq Ordusunun Türkman şəhəri Kərkükü qondarma “Kürdüstan Muxtariyyatı”na məxsus peşmərgə silahlı qüvvələrindən azad etdikdən sonra, qısa bir zaman içində, yəni ildırım sürəti ilə bu dəfə ölkənin digər Türkman şəhəri olan Mosulun azad edilməsi üçün kürd  peşmərgə qüvvələrinə qarşı əməliyyat keçirilməsinə başlanılıb. O da bəllidir ki, Bağdad rəhbərliyi Kərkükün tamamilə nəzarət altına alındığını bildirib. Kərkük Türkmənləri İraq mərkəzi hökumət ordusunun şəhərə girişini ruh yüksəkliyi ilə qarşılayıblar.

Mosulda peşmərgəyə qarşı aparılan əməliyyatlar sonucu olaraq, Bərzaninin liderliyində olan peşmərgə qüvvələri faktiki olaraq param-parça olubdur. Bölgədən daxil olan bilgilərə görə, bölücü “Kürdüstan Muxtariyyatı”nın komandirləri arasında kəskin şəkildə qarşıdurmalar yaranıbdır. Bununla yanaşı, yerli Türkman əhalisinə divan tutmaqda ad çıxarmış bir sıra kürd birlikləri cildlərini dəyişərək ölkədən mümkün vasitələrlə xarici ölkələrə qaçmağa başlayıblar. Onların Suriya, Türkiyə, İran, Azərbaycan, Küveyt, BƏƏ, Misir, İsrail və digər ölkələrə üz tutduqları barəsində xəbərlər artıq rəsmi xarakter daşıyır. O da bəllidir ki, peşmərgə qüvvələrinə dəstək üçün gəlmiş PKK silahlı qüvvələri də son Kərkük döyüşlərində tamamailə darmadağın olublar. Bərzaninin elan etdiyi qondarma “Kürdüstan Muxtariyyatı” tamamilə təşviş içindədir. Bərzani və PKK-nı dəstəkləyən əksər informasiya qaynaqları isə, qondarma “Kürdüstan Muxtariyyatı”nın bu qədər acınacaqlı duruma düşüməsində Avropa Birliyini və ABŞ-ı sərt şəkildə suçlamağa başlayıblar.

Xudaferin.eu 
“Orta Doğu Bürosu”

 

 

10:10