Kıbrıs müzakirələri Cenevrədə davam edir

İsveçrədə BMT-nin Cenevrə ofisində keçirilən Kıbrıs müzakirələri ikinci gündə də öz işini davam etdirib. Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis hakimiyyət və gücün bölüşülməsi mövzusunu müzakirə edirlər. Türk tərəfinin siyasi bərabərliyi imtina edilməyəcək bir fakt kimi gördüyü qərarların təsirli iştirak etmə məsələsi müzakirə ediləcək əsaslar arasındadır. Həmin mövzularda irəliləyiş olacağı təqdirdə torpaq  mövzusu gündəmə salınacaq.

Dünya Bankının rəsmiləri də həll yolunun maliyyə məsələsindəki müzakirələrdə iştirak etmək üçün Cenevrəyə gedəcək. Qeyd edək ki, ötən gün tərəflər iki başlıqla yanaşı təhlükəsizlik və zəmanət məsələlərində fikir mübadiləsi apardı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da Yunanıstanın baş naziri Aleksis Çipras ilə telefonla danışaraq prosesi dəyərləndirdi. Digər yandan BMT baş katibinin Kıbrıs məsələsi üzrə təmsilçisi  Espen Barth Eide müzakirə prosesinə dəstək olmaq üçün Cenevrədə olan siyasi partiyaların nümayəndələri ilə şam yeməyində bir araya gəlib. Yeməyin müsbət atmosferdə keçdiyi bildirilir.

Xudaferin.eu
KKTC, “Lefkoşa Bürosu”

16:41