Kasıbların sosial yardımı kəsilir

Kasıbların sosial yardımı kəsilirAzərbaycanda növbəti dəfə insanların sosial həyatını ağırlaşdıran proje işə salınır. Sosial müavinətlərin dayandırılması təklif olunur. Minlərlə aztəminatlı ailənin çörək pulunu kəsilməsi ilə nəticələnəcək bu qərar əhalini dövlətdən narazı salmaqdır. Artıq deputat Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir. Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili bildirib ki, ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur: “Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektivnəticəəldəolunmur. Odurki, buməsələyəbaxmaqlazımdır”.  Deputatın təklifi heç də xalqın iqtisadi həyatına müsbət töhfə verə bilməz. Yaxşı olar ki, müavinətlər, pensiyalar artırılsın. Sosial yardımın kəsilərək pensiyalara, uşaq puluna əlavə olunması “əlinin papağını vəlinin başına qoymaq” məsəlinə bənzəyir. Bəs pensiya və uşaq pulu almayan və sosial yardıma gözünü dikmiş yoxsul ailələrin həyatı necə olacaq? Deputat pensiyaların, sosial yardımların məbləğini artırmağı təklif etmək yerinə müavinətlərin digər müavinətlərə calaq olunmasına çağırış edir. Hazırda minlərlə ailə aldığı sosial yardım hesabına gününü keçirir və bu dövlət dəstəyi də prezident İlham Əliyevin qayğısı nəticəsində reallaşıb. Deputatlar, ayrı-ayrı məmurlar isə anti-böhran paketləri ilə çıxış etməkdənsə, kustar yolları təklif edirlər. Əslində, sosial yardımların kəsilməsi prezidentə və xalqa xəyanət olardı. Dövlət başçısı hər zaman vətəndaşların qayğısına qalmaqdadır.

Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Şərqi Avropanın nisbətən orta inkişaf etmiş ölkələrini götürsək, adambaşına verilən ünvanlı sosial yardımların həcmi bizdən orta hesabla 8-10 dəfə yüksəkdir. Ölkədə hər ailəyə ödənilən yardımın orta aylıq məbləği təqribən 108, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24 manatdır. Bu baxımdan iqtisadçılar hesab edir ki, həm yaşayış minimumunun həddi artırılmalıdır, həm də ehtiyac meyarı yaşayış minimumu səviyyəsində olmalıdır. Yəni sosial yardımı yaşayış minimumu ilə eyniləşdirmək daha yaxşı olar.

Politika.Az

04:58