Kanada senatı ermənipərəst senatorların təşəbbüsünü rədd etdi

Kanadada qondarma rejimin müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən senatda müzakirəyə çıxarılıb və rədd edilib. Erməni yönümlü senator Leo Haukasos bunu erməni xalqı üçün kədərli gün adlandırıb.

Haukasos yazıb: "Hərəkat 36" məğlub oldu. Bu gün erməni xalqı üçün kədərli gündür".

Senator bu rəddetməyə görə, Kanadanın baş naziri Castin Trudonu günahlandırıb.

Haukasosun tvitinə cavab verən həmvətənimiz Həmidə Cəfəova isə senatora qınaq dolu tvit yazıb: "Nəticələrdən təəssüflənmək əvəzinə, Qarabağın tarixini və Qarabağla bağlı beynəlxalq hüququn bəzi əlaqəli hissələrini, bir dövlətin ərazi bütövlüyü ilə əlaqəli materialları oxumağınızı məsləhət görürəm! Beləliklə, Kanada "Motion 36"-nı qəbul etməyərək beynəlxalq hüquqa hörmət göstərdi!"

Xudaferin.eu

 

12:41