İraq hökuməti qondarma “Kürdüstanı” neft müqavilələrindən məhrum etdi

 

İraqın Neft Nazirliyi xarici şirkətlərə İraq Kürdüstanı ilə hər hansı neft və qaz müqavilələrinin bağlanmaması barədə xəbərdarlıq edib.

 

İraq hökuməti bağlanacaq hər hansı müqavilənin qanunsuz hesab edəcək. İraq Neft Nazirliyinin bəyanatında deyilir ki, federal hökumətin və nazirliyin icazəsi olmadan neft-qaz müqavilənin bağlanması İraqın daxili işlərinə kobud müdaxilə, milli suverenliyin pozulması və beynəlxalq normaların pozuntusu sayılacaq. Şərtlər pozulduğu təqdirdə nazirlik və hökumət ölkənin milli sərvətlərinin müdafiəsi üçün yerli və beynəlxalq məhkəməyə müraciət hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, Məsud Bərzaninin liderliyində son üç ildə kürd etnik bölücülük siyasətinin sonucu olaraq, peşmərgə qüvvələri faktiki olaraq, Quzey İraqın bütün neft sektoruna nəzarət edirdi. Beləliklə də, İraq, İran, Suriya və Türkiyəni həmin gəlirlər sayəsində təhdid siyasəti yürüdülürdü. Son 2-3 gün ərzində İraq hökumətinin qoşunları ilk öncə Kərkük, bunun ardınca Ərbil və Mosul vilayətlərini kürd terror birləşmələrindən tamamilə azad etdi. Bunula da qondarma “Kürdüstan Muxtariyyatı” və eləcə də Bərzani hökuməti tam şəkildə süquta uğramışdır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:41