İrandan Azərbaycana daşınan “ağ ölüm”: Həyatları necə məhv edirlər?
İrandan Azərbaycana gətirilən heroinin həcmi 40 tondan 59 tona yüksəlib. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə məlumat “İndependent” tərəfindən verilib. Məlumata görə, nəşr ABŞ-ın Azərbaycandakı səfirliyinin 12 iyun tarixli teleqramına istinad edir. KİV-in əlinə keçmiş teleqramda deyilir ki, İrandan Azərbaycana narkotafik artıb. Amerika diplomatlarının informasiyasına əsasən, Azərbaycana narkotik maddələrin 95%-i İrandan gətirilir. Buradan isə onun, demək olar ki, hamısı Avropa bazarına yollanır.
Teleqramda deyilir ki, İran dünyanın ən iri narkotik ticarəti aparılan ölkələrindəndir. O, Əfqanıstanda istehsal edilən narkotik maddələrin ən fəal alıcısı, heroin üzrə isə ən iri istehsalçılardandır. İranın xarici ölkələrə narkotik maddələrin çatdırılması üçün İraqın Nəcəf şəhərinin hava limanından istifadə etdiyi iddia olunur. Bildirildiyinə görə, bu hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yoxlanılmır.
İran və qadağan olunmuş ticarət
İranın qanunsuz beynəlxalq narkotik ticarətinin mərkəzlərindən biri və qlobal narkotik kartellərinin bazarlara çıxardığı narkotik məhsulların daşınması üçün əsas tranzit bölgəsi olduğu beynəlxalq hesabatlarda da öz əksini tapır. Hesabatlara əsasən, gizli dövriyyədə olan tiryəkin 85, heronin isə 35%-i İranda saxlanılır. Qeyd olunur ki, İranda qadağan olunmuş ticarətin həcmi 3 milyard dollardır. BMT-nin Narkotik və Cinayətlər ofisinin son hesabatlarından birinə görə, İranda il ərzində təxminən 300 tona yaxın narkotik maddə hüquq mühafizə orqanları tərəfindən ələ keçirilir. Əfqanıstan və Pakistan arasındakı sərhəd bölgələrinin qanunsuz narkotik ticarətinin əsas mərkəzi olsa da kartellərin əsas alış-veriş mərkəzi 900 kilometrlik İran - Əfqanıstan sərhədləridir. Hesabata görə, dünyada qaçqamal tirkəyin 74%-nin alış-verişi burada reallaşır.
Kolumbiya - Əfqanıstan xətti
ABŞ Dövlət Departamentinin son hesabatlarından birində də İranın gizli ticarətdə oynadığı roldan bəhs olunur. Hesabata görə, son illərdə İran, Türkiyə və Azərbaycanın da yer aldığı bölgələrdə narkotik ticarətinin həcmi 200 dəfə çox artıb. Kartellərin son illərdə daha çox bonzay, kokain və heroin kimi məhsullara üstünlük verdikləri bildirilir. Bu, istifadəçilərin tələblərindən irəli gəlir. Qeyd olunur ki, İranla yanaşı Türkiyə də Azərbaycan, Gürcüstan və Türkmənistan üzərindən heroinin daşınmaları üçün tranzit rolunu oynayır. Əfqqanıstandan çıxarılan narkotik məhsullar Qərbi Avropa ölkələrindəki mərkəzlərə məhz bu xətt üzrə çatdırılır. Rusiya və Ukrayna da gizli xəttin üzərində yerləşən əsas ötürmə məntəqələrindən sayılır. Mərkəzi ofisləri Kolumbiya və Əfqanıstdan yerləşən kartellər İran üzərindən narkotik malların ölkələr üzrə paylanmasında hava yolu xəttindən də istifadə edə bilirlər. Departamentin hesabatında bu məsələyə də xüsusi yer verilir. Qeyd olunur ki, kokain kimi narkotik məhsullar Cənubi Amerikadan Qərbi Afikadakı “çirkli pulları yuma” mərkəzləri üzərindən kuriyerlər vasitəsilə lazım olan məntəqələrə çatdırılır. Şübhəsiz ki, bu baxımdan İran Mərkəzi Asiyadan çıxarılan narkotik maddələrin daşınmasında əsas ötürücü məkanlardan biridir.
Azərbaycan kartellərin hədəfində
Sui-qəsd nəzəriyyəçilərinə görə, dövriyyəsi illik 500 milyard dollara yaxın olan narkotik ticarəti bir sıra ölkələrin Ümumdi Daxili Məhsul (ÜDM) istehsalında ağır çəkiyə sahibdir.
Ekspertlər qeyd edirlər ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin son hesabatı da İranın bir sıra hökumət dairələrinin bu gizli ticarətdən xəbərlərinin olduğunu göstərir və bu Azərbaycana təsirsiz ötüşməyəcək. Hesab etmək olar ki, bir sıra qonşu dövlətlərdə narkotik ticarətinə hökumət səviyyəsində yandırılan “yaşıl işıq” qlobal narkotik kartellərindən Azərbaycana olan təzyiqləri artıracaq. Keçən il Gürcüstan - Azərbaycan sərhədlərində 500 kiloqram narkotik maddənin ələ keçirilməsi də bundan xəbər verir.

Mənsur Rəğbətoğlu
Cebhe.info
10:18
Digər xəbərlər