İran mollakratiya rejiminin futbol siyasətində Türklərə qarşı ayrı-seçkilik

 

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda dünyada futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair rəhbərlik sənədi yayımlayıb.

Dünya ətrafında futbol sahələrində milli və dini qruplar, eləcə də qadınlara qarşı ayrı-seçkilik nümunələrinin yer aldığı sənədin İran bölümüsndə iranlı azarkeşlərin Türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkilib. İranda futbol azarkeşlərinin Türk azarkeşlərə qarşı səsləndirdikləri şüarlar sənəddə “xər” (eşşək, uzunquluaq) başlığı altında açıqlanıb.

FARE o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get yox ol), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir) və “The Turkish donkeys are silent!” (Eşşək Türklər səssizdir) şüarlarına işarə edib. FARE-in sənədində gətirilən bu şüarlar adətən Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur”  futbol komandasının Güney Azərbaycanının xaricində keçirdiyi oyunlar zamanı rəqib komandaların azarkeşləri tərəfindən səsləndirilir. Belə bir sənəd bu günlərdə Güney  Azərbaycandakı bütün sosial şəbəkə istifadəçiləri və Türk fəalların gündəmində geniş yer almışdır.

Onu da bildirək ki, Güney Azərbaycanın futbol stadionlarından milli şüarlar səsləndirən vətəndaşlara qarşı İran mollakrat rejimi təzyiq və təqiblərlə yanaşı, onların tutuqlanmarı kimi aşağılayıcı siyasətlər də yürüdür.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:23