II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.
 
Xudaferin.eu xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
 
Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:
 
 1. Coğrafiya müəllimliyi
 
2. Tarix və coğrafiya müəllimliyi
 
3. Beynəlxalq münasibətlər
 
4. Regionşünaslıq (regionlar üzrə)
 
5. Sosiologiya
 
6. Beynəlxalq ticarət və logistika
 
7. Biznesin idarə edilməsi
 
8. Davamlı inkişafın idarə edilməsi
 
9. Dövlət və bələdiyyə idarəetməsi
 
10. İqtisadiyyat
 
11. Maliyyə
 
12. Marketinq
 
13. Menecment
 
14. Mühasibat
 
15. Statistika
 
16. Coğrafiya
 
17. Hidrometeorologiya
 
18. İdman menecmenti və kommunikasiya
 
19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
 
20. Turizm bələdçiliyi
 
21. Turizm işinin təşkili

17:28