Hökumətin “bayram hədiyəsi”: Qarabağ döyüşçülərinə təqaüdlər verilmədi

Bu günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də maaş və təqaüdlərin gecikdirilməsi oldu. Aidiyyatı qurumlar bayramla əlaqədar olaraq maaş və təqaüdlərin bir qismini ödəsələr də, hələ də bu problem tam həll edilməyib. Bayram günü olmasına olmayaraq müharibə əlilləri, şəhid ailələri və veteranlar hələ təqaüdlərini ala bilməyiblər. Təqaüdlərini ala bilməyən şəxslərin dediyinə görə, bayram gününə qədər təqaüdlərin hesablara köçürüləcəyi deyilsə də, hələ də təqaüdlər ödənilməyib.

Qeyd edək ki, bir neçə gün öncə təqaüdləri hesablara keçirilən vətəndaşlar da pullarını ala bilmirdilər. Bunun səbəbi isə bankomatların az olması və bir çoxunda ümumiyyətlə pulun olmaması idi.

Vilayət Muxtar
Cebhe.info

12:28