Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır

Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və onun kəndlərini atəşə tutmağa başlayıblar.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.

“Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”, - deyə Hikmət Hacıyev əlavə edib.

Xudaferin.eu

11:50