Güneyli milli fəallar May Olayları ildönümündə Ağ Ev qarşısında aksiya keçirib

 

ABŞ-ın başkəndi Vaşinqtondabaşqa ştatlarda yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalları 2006-cı ildə Güney Azərbaycanda mayın 22-də baş vermiş olayların  ildönümü nədəni ilə Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər.

 

Aksiya iştirakçıları "Güney Azerbaycan İran deyil", "İran sadəcə farsların deyil", "Ana dilində təhsil", "Siyasi məhbuslara azadlıq", "Güney Azerbaycana azadlıq" kimi şuarlar səsləndiriblər.

Güneyli milli fəallar 22 May olayları zamanı həyatını itirən insanların şəkilərini əllərində tutublar. Aksiya zamanı milli fəalların əllərində üzərində şuarlar yazılmış plakatlar da olub. Ağ Ev qarşısında aksiyanın sonunda güneyli milli fəal Rəhim Şahbazi 2006-cı il Güney Azərbaycanda 22 May Olaylarının 11-ci ildöünümü münasibətilə qəbul edilmiş bəyanatı oxuyub.

2006-ci ilin mayın 12-də İran mollakratiya rejiminin rəsmi mətbuat orqanı olan “İran” dərgisində Azərbaycan Türklərini aşağılayan karikaturalar Güney Azərbaycanın bütün  şəhərlərində böyük etiraz nümayişlərinə səbəb olmuşdu. İran mollakratiya rejimi irqçı karikaturaya qarşı keçirilmiş kütləvi etiraz aksiyalarına sərt təpki göstərmiş, Sulduz Tərbrz, Urmu, Qoşaçay, Sayınqala, Qəzvin, Həmədan, Meşkin, Miyanə, Marağa, Mərənd, Zəngan və Xiyav kimi şəhərlərdə bir neçə etirazçılar mollakratiya rejiminin cani və quldur dəstələri tərəfindən açılan atəş nəticəsində öldürülmüşdür.
Qeyd edək ki, “Amnesty International” təşkilatı may olaylarında dinc nümayişçilərin həyatını itirməsi ilə bağlı bəyanat yayaraq, hadisələr nəticəsində 27 nəfərin ölümü ilə bağlı məlumat verildiyini bildirib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

13:04