Güney Azərbaycanda məktəb problemi

 

Mollakratiya rejimi pəhləvilər dönəmindəki sisyasəti daha da dərinləşdirməklə məşğul olur. Bu, qatı antitürk və anti Azərbaycan doktrinası deməkdir. 

“Marağada təxminən 400 məktəb var. Onların 40-dan çoxunda, yəni 10 faizində təmir-yenidənqurma işləri aparılmalıdır”. Bu barədə Güney Azərbaycanın Doğu vilayətinin vali yardımçısı Zəfər Məhəmmədi Marağa Təhsil Şöbəsi Şurasının iclasında deyib.Zəfər Məhəmmədinin sözlərinə görə, problemlər bununla məhdudlaşmır. Cari ildə şagirdlərin sayı artıb, təhsil ocaqları isə bu qədər şagirdi qəbul etmək imkanına malik deyil. Ona görə də bir çox məktəblər, iki növbəli iş rejiminə keçib. Vali yardımçısı, xeyriyyəçi qurum və şəxslərdən məktəblərin tikilib, təmir edilməsində iştirak etmələrini xahiş edib. O bunu da bildirib ki, şagirdlərin standart məktəblərdə təhsil alması üçün yardıma ehtiyac var.

“Məktəblərin həyətində asfalt örtüyünün sıradan çıxması nəticəsində şagirdlər idman saatlarından düzgün istifadə edə bilmir. Həmçinin Marağa məktəbləri işıq, su və qaz pulunu ödəməkdə çətinlik çəkirlər”- deyə Məhəmmədi təhsil müəssisəsinə ayrılan büdcənin azlığından da gileylənib.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

 

10:51