Fars şovinizmi ruhlu sinemada Türklər yenə təhqir olundu

 

İran mollakratiya rejimi bir yandan dini xurafat, o biri yandan isə, kültür-sənət adı altında Türk toplumuna qarşı öz şovinizm siyasətini günün prosesinə çevirməkdə davam edir. Belə ki, Tehranda dövlət büdcəsi hesabına çəkilən yeni filmdə yenə də Türklərə qarşı həqarət dolu yeni mövzular gündəmə gətirilmişdir.
 

İran mollakratiya rejiminin “kültür və film” bakanlığının dəstəyi ilə dövlət büdcəsindən ayrılmış para ilə “Bir işçi eleman axtarırq” adlı filmdə Türklər təcavüzcü və cinsi sapıq kimi tanıdılır. Film farscanı ləhcə ilə danışan bir gənc Türkün həyat hekayəsi üzərində yazılmış ssenari əsasında çəkilibdir. Filmin süjeti bir farsın yanında baqqal kimi şagirdlik edən Türkün nə qədər naqis insan olması üzərində köklənibdir. Belə ki, əsərin aparıcı obrazı olan Türk işçi öz ustasının 16 yaşlı qızına daha çox heyvani hisslərlə yanaşması tamaşaçı ona qarşı ikrah hissi oyanmasına səbəb olur. Filmin bir səhnəsində gənc Türk öz emosiyalarına uyaraq ustasının qızına təcavüz edir.
Hal-hazırda Mənuçehr Hadi adlı yönətmənin yaptıdğı bu film Tehran mollakratiya rejiminin kino-teatrlarında davamlı şəkildə nümayiş etdirilməkdədir. Bu filmin əksər kino-teatrlarda nümayişi zamanı Mənuçehr Hadi və digər yaradıcı heyət də tamaşçılarla görüş təşkil edirlər. Bununla yanaşı, “Bir işçi eleman axtarırq” filmi mollakratiya rejiminin  öz rəsmi dövlət TV kanallarında satışı yönündə geniş şəkildə reklam olunur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:22