Ermənistan XİN davakar bəyanatla və uydurma rəvayətlərlə mülki insanlara qarşı hücumlara zəmin hazırlayır

Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində yazıb.
“Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”, - deyə Hikmət Hacıyev qeyd edib.

Xudaferin.eu

08:35