Ermənilərin uğuru - Azərbaycan Diasporunun zəifliyindədir - III

Ermənilərin uğuru - Azərbaycan Diasporunun zəifliyindədir

III yazi

Əvvəli:

http://xudaferin.eu/ermnilrin-uguru-azrbaycan-diasporunun-zifliyinddir.html-1

http://xudaferin.eu/ermnilrin-uguru-azrbaycan-diasporunun-zifliyinddir.h...

Hollandiyada Azərbaycan və Türkiyə diasporu

Den Haaq şəhərində çayxana, dəlləkxana, yoxsa Türk-Azərbaycan Kültür Dərnəyi?...

Avropada Azerbaycanin vicdanli ve ləyaqetli diaspor fəallari ile yanaşı, diaspor dələduzluğu da, illərdir ortada meydan sulamaqdadır... Belə dələduzlardan biri Avropada “Paragoz İlhan” ayamasi ilə tanınan İlhan Aşkının adını çəkməmək vicdansızlıq olardı...

O, azərbaycanlıların bir-birinə qarşı üz-üzə qoyulmasında və diasporumuzun bu şəkildə çaxnaşmalarla məhv edilməsi işinə nəzarət etməkdədir. Vaxtı ilə ciddi fəaliyyət göstərən Hollandiyada Türk-Azərbaycan Kültür Dərnəyi düz 10 ildən yuxarıdır ki, çayxana və dəlləkxanaya çevirən milliyyəti belli olmayan (qaraçı olduğu deyilir) İlhan Aşkin, Den Haaq da, köhnə bir qəbirsanlıqda “Xocalıda ölənlər”ə başdaşı qoymaq üçün 100 mindən artıq pul topladı.

“Xocalıda ölənlər” üçün başdaşı məsələsinə gəlincə, bu əslində diasporamızın bu günki durumunu ifadə edən ən düzgün məqamdı. İlhan Aşkın qəbirsanlıqda “Xocalıda ölənlərin xatirəsinə” yazılı kiçik bir başdaşı qoydurub.

“Xocalıda ölənlər”. Bu adamlar ölüb, yoxsa öldürülüb? Bəlkə atdan yıxılıb ölüb? Axı niyə görə Xocalı soyqrımı ifadəsindən bu qədər qaçırlar? Ermənilər olmayan soyqrımlarını bütün dünyaya haray saldığı halda bizimkilərin “soyqırım” kəlməsindən qorxması anlaşılmazdır. Bu adamlar kimlərə xidmət edirlər? Bəlkə ermənilərə?

Bəli, 100 mindən çox pul toplandı və ortaya bu kiçik başdaşı olan “Xocalı abidəsi” çıxdı.
Ermənilər bu gün təkcə Hollandiyada 3-cü “Erməni soyqırımı” parkını salırlar. Bizimkilər isə 100 minə başdaşı qoyurlar.

Birincisi, İlhan Aşkın haqqında araşdırma aparılsa onun yüzlərlə cinayeti ve xeyaneti üzə çıxacaq.

Bu adam dəfələrlə Dərnəyin yerləşdiyi ofisin qapı pəncərəsini sındıtıraraq, ermənilərin hücumu şəklində təqdim edib və Azərbaycandan, Türkiyədən, eyni zamanda dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızdan, elecede Diaspor Komitəsindən pul toplayıb. Bir nece il once Diaspor Komitəsi bir otaqlı dərnəyin ofisini düzəltmək üçün 30 min avro pul ayırdı.

Nümayişdə polisə yaxın yerdə qəsdən erməniləri təhqir etməklə polisdən inzibati cərimə alır. İnzibati cəriməni ve vekile guya pulla ödədiyini aləmə car çəkir, soydaşlarımızdan və Diaspor Komitəsindən pul yığır. Halbuki Hollandiyada Dunyada yegane olkedir ki, vekil pulsuzdur.

Bu adam Azərbayanın yüksək çinli məmurları və bəzi millət vəkilləri ilə şəkillər çəkdirərək bu yolla iş adamlarından və soydaşlarımızdan pul yığmaqdan ne utanir, nede usanir...

Ardı var...

Elman Mustafazade
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudaferin" (www.xudaferin.eu) jurnalinin bas redaktoru

20:15