Ermənilərin Qarabağdan oğurlayıb ABŞ-a apardığı xalça - Bakıda sərgilənəcək
Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Qarabağdan oğurlanıb ABŞ-a aparılan Azərbaycan xalçası Bakıda sərgilənəcək.
Xalçanı Los-Ancelesdə yaşayan həmyerlimiz Elşad Tahirov hərracların birindən alaraq Bakıya - "APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Məmmədovanın adına göndərib.
Virtual hərracda "Antik Ermənistan - Qarabağ xalçası” adı ilə satışa çıxarılan xalçanın üzərində kiril əlifbası ilə Azərbaycan dilində "Anasından yadigar ad günü hədiyyəsi” sözləri yazılıb.
Xalça “Azərbaycan Dövlət Xalça Muzeyi”nə təqdim olunub və burada "Sahibini gözləyən Qarabağ - Los-Anceles xalçası” adı altında nümayiş olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl xalçanın sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunsa da, qeyri-maddi mədəni irsimizin sahibi hələ də tapılmayıb. "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə, xalça Qarabağ Xalça Məktəbinə məxsusdur və Zəngilanda XX əsrin ortalarında toxunub.

Bakı Post
09:24
Digər xəbərlər