Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb FOTO RƏSMİ, YENİLƏNİB

“Ermənistanın Gəncəyə raket hücumları nəticəsində 35 mülki şəxs yaralanıb, 5 mülki şəxs həlak olub. Ölənlər arasında 2 uşaq var. Xilasetmə, təcili yardım işləri davam edir. Ermənistanın terroru və müharibə cinayətləri davam edir”.
 

Xudaferin.eu Musavat.com -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Azərbaycan dövlətinin təmsilçisi Hikmət Hacıyev bəyan edib ki, raket atəşi Ermənistan ərazisindən edilib və bu, fakt olaraq təsbit olunub.

Mingəçevirə atılan raketlər isə göydə vurularaq, neytrallaşdırılıb.

****

03:33

"Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas edilməsi davam edir", - deyə o bildirib.

****

04:09

Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə Hikmət Hacyev özünün tvitter səhifəsində məlumat verib.

O bildirib ki, yaralıların sayı 40 nəfərdir.

***

Son məlumata görə, ölənlərin sayı 12 nəfərə çatıb, 40 nəfər yaralanıb.

***

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

 

 

       

   

 

Xudaferin.eu

 

10:41