Elman Mustafazadə yazır...

1990-1992-ci  illərdə Avropanim müxtəlif şəhərlərində, əsasən də Berlin, Varşava, Belastok və digər böyük şəhərlərdə, "Naçii Bakinçı'' adı altında cəmiyyəytlər yaradaraq bizim milli mədəniyyetimizə nə qədər zərbə vururdular...   Bakı əsllli qeyri-millətlərdən ibarət olan bu dəstənin tərkibi əsasən Bakı erməniləri olardı. Çox təəssüflər olsun ki, aralarında özunə "Naçii Bakinçı'' deyib manqurtlaşmış azerbaycanlılar da vardır...

1992-ci ilde Avropada onlara qarşı mübarizə aparan, onların saxta simalarını üzə çıxarıb fəaliyyətlərini dayandırmağa nail olan  soydaşlarımızın arasında mən də var idim. Geriyə baxıram və nə qədər əsəb gərginliyi nəticəsində günlər keçirdiyimizi xatırlayıram...

Dünyanın bütün böyük şəhərləri çoxmillətlli olsa da onlar heç vaxt özlərini ayıraraq deməyiblər ki, "çoxmillətli Amsterdam", "çoxmillətli Moskva" və ya "çoxmillətli Paris" və i.a. Tiflisdə 50% gürcüdü, amma heç bu şəhərə demirlər. Amma nədənsə Bakı "mnoqomaçionalnıy Baku" adlandırılar. Bunun arxasında Azərbaycanı düşməncəsinə parçalamaq, zəiflətmək və bölgələrə bölmək dayanır. Cahilcəsinə buna züy tutan azərbaycanılar da var. 1990-92-ci illərdə Moskvanın da xüsusi dəstəyi ilə Azərbaycanla bağlı klublar yaranmışdı ki, bunun əsas hədəfi Azərbaycanın birliyinə beynəlxalq aləmdə kölgə salmaq, fikir ayrılığı salmaq, azərbaycanılıarın başına gələn bəlaların dünya ictimaiyyətinin diqqətindən yayındırmaq idi.

Bu prblem hazırda hələ də aktuallığını itirməyib. Hamılıqla bu zərərli tendensiyanın qarşısını almaqda maraqlı olmalıyıq.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri,

"Xudafərin" jurnalının baş redaktoru,

Elman Mustafazadə

 

 

13:52