Düşmənin qoyub qaçdığı texnikalar - Foto

Şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə alaraq əks-hücumlarını davam etdirir.

Xudaferin.eu Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Təkcə ötən gün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən sıradan çıxarılıb.

Erməni hərbçiləri darmadağın edilmiş hərbi hissələrində çoxlu sayda döyüş və hərbi texnikalarını qoyub qaçıblar. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv olunub.

xudaferin.eu

11:34