“Dünyada Aclıq Günü” milyonlarla insanın aclıqdan əzab çəkdiyini yada salma günüdür

 

Bazar günü “Dünyada Aclıq Günü”dür. Dünya boyu qlobal ərzaq istehsalına baxmayaraq, bu gün bəzi regionlarda milyonlarla insanın aclıqdan əzab çəkdiyini yada salma günüdür. Həmin regionlarda ərzaq qıtlığı əsas səbəbi sosial qeyri-bərabərlik və uzunmüddətli təsərrüfatsızlıqdır.
 

Dünyada aclıqdan ölənlərin sayı QİCS, malyariya və vərəm xəstəliyindən ölənlərin sayından çoxdur. Xəbərlərdə əsasən aclıq şəraitində yaşayan insanların çoxunun xroniki ərzaq çatışmazlığından əzab çəkdiyi, buna səbəb isə yoxsulluğun olduğu deyilir. Con Kunrod: “Hazırda xəbərlərdə Yəməndə, Cənubi Sudanda və digər, Somali, Efiopiya kimi quraqlıq olan ölkələrdəki aclıqdan danışılır.”

Con Kunrod 40 ildir fəaliyyət göstərən, qeyri-hökumət “Aclıq” layihəsinin icraçı direktorudur. Bu qrup dünyanın 12 ölkəsində aclığın qarşısının alınması yolunda strategiyanı inkişaf etdirir. “Aclıqdan əzab çəkən insanların ən böyük kütləsi Hindistandadır. Aclığın ən çox yayıldığı bölgə Afrikadır. Afrikada təxminən 220 milyon, Cənubi Adiyada isə 280 milyona qədər insan aclıq çəkir.”

Kunrodun dediyinə görə, hərçənd ki, daşqınlar və quraqlıq ara-sıra ərzaq böhranlarına səbəb olur, davamlı qıtlıq pis idarəçiliyin nəticəsidir. Dünyada 10 milyard insanı yedirtmək üçün kifayət qədər ərzaq istehsal olunur. Halbuki dünyada cəmi 7 milyard yarım adam var. Lakin dünyanın bir çox hissələrində iliyə işləmiş sosial problemlər 800 milyon adamın xroniki aclıqdan əziyət çəkməsinə səbəb olur. “Aclıq çəkən insanların çoxu fermerlər, dünya boyu fermerlərin çoxu isə qadınlardır” deyə, o bildirir. Kənd təsərrüfatı işlərində daha çox qadınların işləməsinə baxmayaraq, patriarxal cəmiyyətdə onlara qərar vermək imkanı verilmir.

Con Kunrod: “Əgər siz qadına qərar vermək imkanı verirsinizsə, onlar ailələrinə xeyir verəcək qərar qəbul edər. Əsasən də uşağı olan qadınlar. Belə ki, onlar əsasən diqqəti ərzağa, səhiyyəyə, təhsilə verir. Çünki onlar cəmiyyətdə bilavasitə bu işlərlə məşğuldurlar və nəyin lazım olduğunu yaxşı bilirlər.”

“Aclıq” layihəsi icmaları özünəgüvənmə yollarını öyrədir və onları öz sıralarına cəlb edir. Kunrod bu layihənin nailiyyət qazandığını, 1990-cı illərdən bəri dünyada aclığın yarıya endiyini və 2030-cu illərdə aclığa son qoyulacağının nəzərdə tutulduğunu deyir.

Amerikaninsesi.org

09:39